Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə 27-29 avqust 2022-ci il tarixində ANA & BALA 5 Sağlamlıq Yay Düşərgəsi keçiriləcək.

Düşərgə daxili qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onları valideynlərinə tibbi mütəxəssislər tərəfindən təlimlər keçiriləcək.

Təlimlər daxili fizioterapevtik müayinələr, Stomatoloqla təlimlər,  damar daxili inyeksiya təlimləri və valideynlər ilə psixoloqun görüşü keçiriləcək. Bununla bərabər düşərgə Azərbaycanın ecaskar guşələrindən biri olan Şamaxıda keçirildiyinə görə uşaqlar üçün gözəl istirahətdə təşkil ediləcək.

Məqsədimiz, biliklərimizi paylaşaraq uşaqların sağlam böyüməsidir!