Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının kiçik yaşlı nümayəndələri ingilis dilini dahada mükəmməl öyrənmək üçün Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilən təlimlərdə maraqla iştirak edirlər.


Bu gün xüsusi bir təlim oldu. Uşaqlar həm öyrəndilər həmdə bacarıqlarını nümayiş etdirdilər. 4-dən 18-ə qədər yaşları olan uşaqlara ingilis dili dərsi keçən qardaş Pakistandan gələn könüllü Sana Yousuf müəllim gözəl dil qabiliyyəti ilə qısa zamanda özünü uşaqlara sevdirdi. Ölkəmizə 1 ay müddətinə təşrif buyurmuş Sana müəllimə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası adından böyük minnətdarlığımızı bildiririk. Bizim uşaqlara diqqət yetirdiyinə və onlara gözəl şəraiti təqdim etdiyinə görə Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Fəxri Məmmədliyə təşəkkür edirik.


Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının uşaq və gəncləri üçün keçirilən təlimlər 2019-cu ilin aprel ayından davam edir.