Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə “Azərbaycanda hemofiliya pasientlər üçün fizioterapiyanın inkişafı” layihəsi çərçivəsində Şirvan şəhər Mərkəzi Kliniki Xəstəxanın Fizioterapiya kabineti bu gün elektroterapiya avadanlıqları ilə təchiz etdi. Avadanlıq çox funksiyalıdır Hemofiliya xəstəliyi fəsadlar törətdiyi üçün əlillik ilə nəticələnir və avadanlıq əlilliyin qarşısının alınması üçün çox funksiyalıdır.
Qeyd edək kı, tədbirimiz 5 May Beynəlxalq Əlillər Gününə təsadüf oldu. Yeni təkmilləşən həkim və tibb bacılarına təlimlər keçdi. Çox bahalı olan avadanlıqlar Bakı səhərində yerləşən tibb ocağından başqa Şirvan səhəri təchiz edilib , Gəncə və Naxçıvan MR – nada çatdırılacaq. Əsas Fizioterapiya avadanlıqları İngiltərə istehsalı Amplipuls, Ultrasəs, Potok-1 və sairdir.





