Pasient Təşkilatları İttifaqı nın sədri, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasnın idarə heyətinin üzvü və icraçı direktoru, Əlil Təşkilatları İttifaqının ƏTİ vitse prezidenti Ayaz Huseynov:

“Hörmətli xanımlar və cənablar! Hemofiliyalı Xəstələrin Respublika Assoisiasiyası hər il olduğu kimi beynəlxalq səhiyyə və pasient konfranslarında Azərbaycanı layiqincə təmsil edib. Belə ki, 2016-cı ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Norveçin Stavanger şəhərində Avropa Hemofiliya Konsorsiumunun beynəlxalq konfransının Azərbaycanda keçirilməsinə namizədliyini irəli sürdü, çox böyük iş və təbliğat nəticəsində Avropanın 44 ölkəsinin təşkilatları səs vermə ilə Azərbaycanı seçdi! 2018-ci il oktyabr ayında Hemofiliyaya dair Azərbaycanda 4 günlük böyük beynəlxalq konfrans olacaq. Azərbaycana 400-ə yaxın irsi qan xəstəlikləri ilə məşqul olan Avropanın məşhur hematoloqları, hepatoloqları, genetikləri, travmatoloqları, cərrahları, stomatoloqları və sair tanınmış alimləri təşrif buyuracaq. Dünya miqyaslı bu tədbirin keçirilməsi Azərbaycanımızın daha da dünyada tanınmasında və səhiyyəmizin inkişafında böyük rolu olacaq. Sozsüz ki, Azərbaycanda bu cür böyük beynəlxalq konfransın keçirilməsində bir başa cənab prezident İlham Əliyev və birinci vitse prezineti xanım Mehriban Əliyevanın əməyi çox böyükdür. Bu il isə 5 oktyabr 2017 il tarixdə 30-cu Avropa Hemofiliya Konsorsiumunun EHC Konfransı Litva, Vilnyus şəhərində keçiriləcək və biz bu konfransda böyük kampaniya aparacayıq ki, 2018-ci ildə Azərbaycanda keçirilən 31-ci konfransa daha çox iştirakçı qatılsın”.