Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Azərbaycanda fizioterapiya xidmətinin yaxşılaşdirilmasına dair Layihə çərcivəsində Şirvan,
Layihənin rəhbəri – Gülnarə Hüseynova.
19 May 2018-ci il tarixdə Gəncə şəhər Səhiyyə İdarəsinin rəhbərliyi ilə görüşdən işə başladıq. Azərbaycan Dövlət həkimləri Təkmilləşmə İnstitutunun Hematologiya kafedrasının alimi, Elmi – Praktik Hemofiliya Mərkəzinin rəhbəri Dr. Elmira Qədimova və Kəlbəcər rayon xəstəxanasının baş həkimi , ixtisasca hematoloq Dr. Mehparə Kazımova xəstəxana və poliklinikalarda çalışan həkim heyətinə hemofiliya xəstəliyi üzrə Dövlət proqramı haqqında, hemofiliyanın fəsadları və faktor konsentratları ilə müalicə metodları, Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Dr. Yeganə Əzizova tərəfindən fizioterpiyanın əhəmiyyəti mövzusunda seminar kecirildi.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyevin rəhbərliyi ilə dəyirmi masada müzakirələr zamanı qərara alındı ki, regionda yaşayan hemofiliyalı vətəndaşlara tibbi xidməti Gəncə şəhər 1 saylı Abbas Səhət adına Xəstəxanaya birləşmiş 6 saylı poliklinikanın həkim briqadası məşğul olsun.
Layihə əməkdaşları Gəncə şəhər 6 saylı poliklinikanın fizioterapiya şobəsinə baxış kecirilib və bununlada ehtiyaclar müəyyən edilmişdir. Bakı şəhəri Mir Qasımov adına Respublika Kliniki Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Dr. Yeganə Əzizova tövsiyyə etmişdir ki, hemofiliyalı pasientlərə xüsusi yanaşma ilə müalicə olduğu üçün fizioterapiya xidməti üçün ayrıca kabinetin ayrılması daha məqsədəuyğundur.
May ayının sonunadək fiszioterapiya kabinetinin təchizatı reallaşacaq.
Layihənin icra işlərində köməklik göstərdiyi üçün Pasient Təşkilatları İttifaqının prezidenti Ayaz Hüseynova təşəkkür edirik.





