Dr. Sevil Cəlilova
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin
uşaq onko hematologiya şöbəsinin müdiri
Villebrand irsi qan xəstəliyi olub, epizodik öz-özünə baş verən qanaxmalarla xarakterizə olunur. Qanaxmaya səbəb isə qanın laxtalanma qabiliyyətinin aktiv Villebrand faktorunun çatmazlığı ilə əlaqədar pozulmasıdır. Bu xəstəlik dünyada ən çox yayılmış qan xəstəliyidir və min nəfərdən birində müşahidə olunur.
Villebrand xəstəliyinin 3 növü var: I, II və III tip.
I və II tiplər xəstəliyin ən geniş yayılmış formalarıdır və ağırlıq digər növlərə nisbətən daha yüngüldür. III tipdə isə qanaxmalar və xəstəliyin ağırlığı şiddətlidir.
Xəstəliyin simptomları növünə görə dəyişir. Lakin əsasən, ani burun qanaxmaları, dəri altına qansızmalar, cərrahi müdaxilələrdən sonra dayanmayan qanaxmalar müşahidə olunur.
Xəstəliyin müalicəsi növünə görə dəyişir və düzgün müalicə aparıldıqda adətən müsbət nəticə əldə etmək mümkündür.
Onu da nəzərinizə çatdıraq ki, villebrand irsi qan xəstəliyi olduğu üçün xəstələr, xüsusən də qohumlar arasında nigah məsləhət görülmür.





