26 may 2015 ci il tarixdə Azərbaycan Respublikasınin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xanım Elmira Süleymanova Assosiasiyanın kiçik yaşlı üzvləri ilə görüş üçün Assosiasiyaya təşrif buyurmuşdur.
Görüşdə Assosiasiyanın məsul şəxsləri Gülnarə Hüseynova,Yeganə Tağıyeva, Ayaz Hüseynov, Şirvan regional Hemofiliya Mərkəzinin rəhbəri Dr. Təranə Cəlilova. hemofiliyalı uşaqlar və onların ailə üzvləri, Azərbaycan Respublikası Prezidenti Yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin baş məsləhətçisi Nigar Ağakişiyeva, Binəqədi rayonu İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, Əlil Təşkilatlatları İttifaqının üzvləri Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova və Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova iştirak etmişlər.
Tədbir, Qonaqları qarşılanması ilə başlayaraq, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Hemofiliyalı uşaqlara psixo - sosial və fizioterapevtik xidmət üçün Reabilitasiya Mərkəzi ilə tanışlıq oldu. Sonra isə rəsmi hissənin açılışı ilə
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti tərəfindən Hemofiliya sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasınin İnsan Hüquqları üzrə Müvəkkili Xanım Elmira Süleymanova Fəxri Nişanla təltif edildi.
Ardıyca, Xanım Elmira Süleymanova Assosiasiyanın prezidenti Gülnarə Hüseynovanı Azərbaycan Respublikasınin İnsan Hüquqları üzrə Müvəkkili medalı ilə təltif etdi. Elmira xanım Süleymanova öz çıxışında, ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş sağlamlıq hüququnun qorunmasına xidmət edən qarşılıqlı əməkdaşlıq əlaqələrimizin öz müsbət nəticələrini verəcəyinə əminliyini ifadə etmişdir, dövlət və cəmiyyətin inkişafı üçün gələcək fəaliyyətdə uğurlar arzu etmişdir.
Sonda Ombudsmanın Gənclər və Uşaq “Sülh” şəbəkəsinin uşaqları Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının üzvləri tədbirin bədii hissəsində çıxış etmişlər.
Xatırladaq ki, hemofiliya irsi qan xəstəliyidi və qanda laxtalanma faktorunun çatışmazlığına görə daxili orqanlara və oynaqlara qansızmalar baş verir. Buda hemofiliyalı uşaqlarda erkən əlilliyə səbəb olur. Bununla əlaqədar
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Respublikası Prezidenti Yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Hemofiliyalı uşaqlara psixo - sosial və fizioterapevtik xidmət üçün Reabilitasiya Mərkəzinin təşkili layihəsinə start verir.
Mərkəzin məqsədi hemofiliyalı uşaqlarda əlilliyə erkən müdaxilə edərək, hemofiliya xəstəliyinin fəsadlarının nəticələrini aradan qaldırılması üçün reabilitasiya tədbirlərini həyata keçirmək və 112 hemofiliyalı uşaqların hərəkət - dayaq sistemində olan fəsadları qiymətləndirərək ağırlıq dərəcələrini müəyyənləşdirib individual yanaşma ilə hər xəstəyə beynəlxalq kriteriyalara əsaslanaraq psixo - sosial və fizioterapevtik reabilitasiya proqramı tərtib etməkdir.
Hörmətlə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova





