Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və I -ci vitse prezident Mehriban xanım Əliyeva hemofiliyalı vətəndaşların səhiyyə xidmətləri ilə təmin edilməsinə xüsusi önəm verirlər.
Coronavirus COVID – 19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində hemofiliyalı və digər qanın laxtalanma pozğunluğu ilə vətəndaşların həyati vacib preparatlarla təminatı ilə bağlı yaranan problemlərin müzakirəsi və pasientlərin faktor preparatları ilə təminat sisteminin yaradılması haqqında açıqlama üçün video yığıncağın Zoom tətbiqi vasitəsi ilə 17 Aprel Çərşənbə günü 17.00-18.00 arasında onlayn olaraq keçirilmişdir. Müzakirədə dolğun cavablar almaq üçün TƏBİB-in operativ qərargahının məsul şəxsləri, Milli Hematoligiya və Transfuziologiya Mərkəzinin nəzdində hematologiya şöbəsinin müdiri, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin üzvləri və aktivləri, Avromed şirkətinin tender satışı şöbəsinin müdiri, Faktor prepartları İstehsalçı şirkətlərin nümayəndələri, Hematologiya kafedrasının assistenti iştirak etmişdirlər. İştirakçıların ümumi sayı 37 nəfər olmuşdur.
Konfransda TƏBİB tərəfindən Dövlət proqramının tədbirlər planına əsasən hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi, onların laxtalanma faktorları ilə təminatı, qanaxmaların profilaktikası, ağırlaşmaların aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, ömürlərinin uzadılması, əlilliyin, vaxtsız ölümlərin qarşısının alınması kimi məsələlər müzakirə edildi və tətbiqi bildirildi.





