17 APREL DÜNYA HEMOFİLİYA gününə həsr edilmiş “ONLARIN SƏSİNİ DUYAQ!” şuarı altında millət vəkili Qənirə Paşayeva qanaxmalardan əziyyət çəkən qadın və qızlarımıza dəstək üçün Bayraq Meydanında müvəfəqiyyətlə keçirilən fotosessiyada iştirak etdi. Hörmətli Millət vəkili Qənirə xanım Paşayeva kiçik yaşlı və gənc qızlarımıza, hemofiliyalı üzvlərimizə və onların valideynlərinə öz sevgisini bildirdi və onlara hər zaman dəstək olmağı əsirgəmədiyini söylədi.Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, 15 aprel 2017