Dünya Hemofiliya Federasiyası iki qlobal məlumatın toplama proqramını həyata keçirir:
1. Hemofiliyalı xəstələr haqqında İllik qlobal araşdırma;
2. Qanaxma pozuntularının dünya reyestrinin yaradılması.

21-22 sentyabr 2018 il tarixdə Dünya Hemofiliya Federasiyası (WFH) Qırğızıstanın Bişkek şəhərində keçiriləcək Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə hemofiliya və digər qanın laxtalanma pozuntusu ilə olan xəstələr haqqında məlumatların toplanması üzrə regional seminar keçirir. Seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə üzrə analitik, tibb elmləri doktoru Teymur Hüseynov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şirvan şəhər Regional Hemofiliya mərkəzinin rəhbəri Dr. Təranə Cəlilova və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini Ayaz Hüseynov iştirak etmişlər.

Dünya Hemofiliya Federasiyası iki qlobal məlumatın toplama proqramını həyata keçirir: 1-ci illik qlobal araşdırma, 2-ci qanaxma pozuntularının dünya reyestrini yaradır.

Seminarın məqsədi – müəyyən səmərəli məlumatları toplamaq, tibbi xidmətin yaxşılaşdırılması üçün işi dəstəkləmək, iştirakçıları müvafiq məlumatlarla və məsləhətlər ilə təmin etmək.