Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Lənkəran və Qubada ixtisaslaşmış regional Hemofiliya Məktəbinin yaradılması” layihəsi cərcivəsində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 10 avqust 2018-ci il tarixdə ölkəmizin cənub bölgəsində hemofiliya və digər laxtalanma pozulmalarına dair təlimlər keçirilib.
Öncə təlimləri həkimlərlə keçirmək nəzərdə tutulmuşdur. Bölgədə muxtəlif qanaxmalarla müsahidə olunan xəstələrin sayı əhalinin sayına görə cox olduğu üçün burada həkimlərin ciddi nəzarəti və xəstəliklərin dəqiq laborator diaqnostikası, xəstələrin reestri və keyfiyyətli tibbi yardımın təşkili zərruridir. Cənub bölgəsində yaşayan 200 dən çox qan xəstəliklərindən əziyyət çəkən məlum olan xəstələr tibbi yardımı əsas paytaxt Bakıda yerləşən dövlət xəstəxanalarından ala bilir. Keyfiyyətli müalicə üçün hər dəfə 300-400 km qət edib , paytaxta gəlmək xəstə vətəndaşların çoxunun imkan xaricindədir. Bu vəziyyəti nəzərə alıb, bölgələrdə maarifləndirmə işləri aparmaq, nəticədə laborator diaqnostikanın təşkili üçün kadrların təkmilləşməsi, dərman preparatları ilə təminatı təşkil edilməsi üçün dövlətin müvafiq strukturlarına müraciət və təkliflər hazırlanacaq.
Qeyd edək ki, Lənkəranda ixtisaslaşmış hemofiliya məktəbinin yaradılması yuxarıda göstərilən problemlərin aradan qaldırılması üçün böyuk əhəmiyyət kəsb edir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçirilən hemofiliya və digər irisi qan xəstəliklərinə dair seminar öz işini davam etdirəcək.





