Belçikanın paytaxtında bu gunlərdə sənədli filmin cəkilişləri aparılır.
Film keçən əsrin sonundan bu günədək davam edən bəşəriyyətin narahatlığına səbəb olan dəhşətli viruslardan biri Hepatit C virusunun törətdiyi fəsadlar və müalicə usulları haqqında bəhs edir.
Brüsseldə Avropa Hemofiliya Konsorsiumunun sifarişi ilə hazırlanan “Hepatits C and Haemophilia” adlı sənədli filmin çəkilişinə Hepatit C virusunun müalicəsi ilə məşğul olan dünya şöhrətli həkimlər bir necə avropa ölkələri və digər inkişaf etmiş ölkələrdə hepatit C virusunun kökünün kəsilməsi haqqında bəhs ediblər.
Azərbaycanlı gənc ictimai lider Ayaz Hüseynov da həmin sənədli filmin cəkilişinə dəvət alıb .
Film dünyanın bir çox aparıcı ölkələrdə nümayiş ediləcək.





