Azərbaycanda ilk dəfə olaraq Şimal regionunda hemofiliyalı xəstələrin stomatoloji problemlərini aşkar edib, aradan qaldırılması üçün 2016–cı ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Maarifləndirmə və profilaktik təbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində Quba rayonunda maarifləndirici tədbirlərə start verildi. Vətəndaşlarımızın sağlamlığının qorunması üçün gələcəkdə tədqiqatlar aparılacaq və irsi qan xəstəlikdən əziyyət çəkən vətəndaşlarımızın ağız boşluğunda olan problemlərin aradan qaldırılması və dişlərinin sağlamlığının qorunması üçün uzun müddətli layihələrə imza atılacaq. Bu sahədə Azərbaycan Səhiyyə Nazirliyi Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Stomatologiya kafedrasının mütəxəssisləri ilə əməkdaşlığın qurulması üçün mühüm addımlar atılıb.Xatırladaq ki, hemofiliya xəstəliyi irsi qan xəstəliyidir və bu xəstələrin qanında laxtalanma faktorların çatışmazlığı səbəbindən müxtəlif lokalizasiyalı qanaxmalar baş verir. Son 10 ildə Azərbaycan dövlət büdcəsi hesabına alınan faktor konsentratları dərman preparatları hesabına xəstələrdə müxtəlif müalicələr tədbiq olunur və bununlada hemofiliyalı pasiyentlərimizin həyat keyfiyyətinin yaxşılaşmasına nail olmaq olur.
Azərbaycanda ilk dəfə olaraq Şimal regionunda hemofiliyalı xəstələrin stomatoloji problemlərinə dair seminar keçirildi

Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Maarifləndirmə və profilaktik təbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində Quba rayonunda maarifləndirici tədbirlərə start verildi.
Alt şəkillər
Oxşar məqalələr
998 baxış
Tibb bacısı işinin təşkili adlı layihənin yekun konfransı keçirildi
Ayaz Huseynov, HHPA TABIB hemofiliya səhiyyə
936 baxış
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçiriləcək
23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya…
2164 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…
1038 baxış
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında elmi-praktik seminar baş tutub
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda…




