Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının balaca üzvləri 1 İyun Uşaqların Beynəlxalq Günü münasibəti ilə gözəl bayram şənliyi keçirdilər. Bayram şənliyini balaca vətəndaşlarımız üçün Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda xanım Tahirli təşkil etmişdir. Dövlətimizin humanitar siyasətini dəstəkləyərək hemofiliyalı uşaqlara göstərdi qayğıya görə M.Ə. Sabir Fondunun prezidenti Sevda xanıma böyük təşəkkürümüzü bildiririk. Tədbirdə Sumqayıt şəhər Qızıl Aypara Cəmiyəti iştirak etmişdir. Sonda uşaqlarımız “We are the World ” , “Sülh” haqqında mahnıları və uzundərə rəqsini ifa etdilər. Bayram fəxri diplomlarla təltiflə və hədiyyələrlə başa çatdı.





