Azərbaycan Xalça Muzeyində “Ailə festivalı” adlı tədbir keçirildiİyunun 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü və Əsli Səmədovanın kuratorluğu ilə “Ailə festivalı” adlı tədbir keçirilib.“Ailə festivalı” adlı tədbirin proqramı müxtəlif yaş həddinin maraqlarına cavab verən, Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarixi və mədəniyyəti ilə yaxından tanışlıq imkanı yaradıb. Burada eyni zamanda, xalçanın yaranma prosesi ilə tanışlıq, ekspozisiya guşələrində müxtəlif maraqlı müsabiqələrin, muzeydə düzgün davranış və eksponatların dərk edilməsi məqsədilə oyunlar keçirilib.. Bundan başqa, ölkəmizdə ilk dəfə olaraq Elm Mərkəzlərinin və Muzeylərinin Avropa Assosiasiya (ECSITE) üzvlərinin materialları əsasında açıq dərslər və oyunlar məhz bu festivalda təqdim edilib. Festival çərçivəsində zaman səyahətləri barədə “Əli və Zümrüdün sehrli xalçası” nağılı müəllif tərəfindən oxunaraq və XVIII əsrdə Şuşada “Əjdaha” xalçalarının yaranması sirləri açıqlanıb.”Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”Ictimai Birliyi Azərbaycan Xalça Muzeyində “Ailə Festivalı” keçirilməsinin təşkilinə və uşaqlara əvəzsiz qayğı göstərdiyinə görə Şirin xanım Məlikovanı diplomla təltif edti.