Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının 20 illiyinə həsr edilmiş “Ana bala” Proqramı çərçivəsində beynəlxalq kriteriyalarla təlimlər təşkil olunub .
“Ana bala” təlimləri Bakı şəhərindən Quba rayonuna səfərdən başladı. Səfərin ilk dəqiqələrindən getdiyimiz avtobusda Ayaz Hüseynov iştirakçıları salamladı, Hemofiliya Azərbaycan ailəsinin fəaliyyəti, hemofiliyalı uşağın sağlamlığının qorunmasında və həyat keyfiyyətinin yaxşılaşmasında faktor konsentratları dərman preparatlarının vacibliyi haqqında izah etdi. Təşkilatımıza yeni qatılan pediatr Dr. Qütrətzadə Lalə, seminarların və maariflənmənin mahiyyətindən danışdı. Sonra təşkilatımızın fəxri fəal üzvü Lalə xanım Əliyeva uşaqlarla ineraktiv oyunlar keçirdi və uşaqların ifasında şən əhval ruhiyyə ilə mahnılar dinlənildi.
“Ana bala” proqramı çərçivəsində uşaqlarla ilkin yardım təlimləri. Təlimlərin ən vacibi uşaqların ağız boşluğunun sağlamlığı haqqında mövzudur. İndividual olaraq uşaqların ağız boşluğu və dişləri müayinə olmuşdur. Analara uşaqların dişlərinin problemi haqqında məlumat verildi. Sağlam dişlərin qorunması üçün 5 əsas dərslər haqqında bilgilər verildi. Kitabçalar paylandı.
Hemofiliyalı uşaqlar doğulduğu andan , onların müalicəsi üçün damar daxili inyeksiyalara ehtiyac var. Buna görə hər hansı fəsadın və tez bir zamanda qanaxmanın qarşısının alınması zərruridir. Uşağın sağlam böyüməsi üçün profilaktik müalicə böyük əhəmiyyət kəsb edir. Qanı laxtalandıran faktor konsentratları dərman preparatları vasitələri evdə müalicə zamanı tədbiq olunmalıdır. Ona görədə valideynlərin damar daxili inyeksiyalar haqqında biliyə yiyələnmələri vacibdir. Təlimlərimizdə məhz bu mövzuya daha çox diqqət ayrıldı və valideynlərə mulyaj üzərində damar daxili inyeksiyalar öyrədildi.
Milli QHT Forumunun Psixoloji Araşdırma və Dəstək Mərkəzinin rəhbəri Vüsalə xanım Xəlilovanın iştirakı ilə qrup şəklində analarla psixoloji seans keçirildi. Analar aldıqları psixoloji yardımdan məmnun qalmışlar və Vüsalə xanıma təşəkkürlərini bildirmişlər.
Proqram çərçivəsində uşaqlarla ilkin yardım təlimləri. Hemofiliyalı uşaqların həyat mənbəyi olan arterial və vena damarları haqqında mulyaj üzərində əyani təlimlər.
Hemofiliyalı uşağın sağlamlığının qorunmasında və həyat keyfiyyətinin yaxşılaşmasında faktor konsentratları dərman preparatlarının vena daxili köçürmələrin vacibliyi haqqında uşaqlarla hazırlıq kursları.
İdmanın hemofiliyalı uşaqlara aşılanması üçün həvəsləndirici səhər idmanına xüsüsi yer ayrıldı.
Proqramı çərçivəsində Ana və uşaqlar ilə Qudyal çaya turistik gəzinti zamanı. Faktor Konsentratları dərman preparatlarının dəstəyi ilə sağlam həyat tərzi nümayiş olundu.
Proqramı çərçivəsində təlimlərə start verildi. Hemofiliyalı uşağı olan anaların davranış qaydaları haqqında interaktiv müzakirələr aparıldı. İlk mövzu qanın laxtalanmasında problemi olan uşaqların ağız boşluğunun sağlamlığı haqqında təqdimat keçirildi. Habelə elastik bintlə sarğının düzgün istifadə qaydaları haqqında məlumat verildi.





