27 sentyabr Anım Günü ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Hemofiliyalı Xərstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov  Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət etmişdir.

Ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası şəhidlərimizi ehtiramla anır və Allahdan rəhmət diləyir🙏

#QhtAgentliyi #NgoAgency #Azerbaijan #ziyarət #PTİ #Pasient #Hemofiliya #HemofiliyaAzərbaycan