Press Reliz
Bakı şəhəri 17 Aprel 2018 – ci il
“Sputnik” Multimedia Mətbuat Mərkəzində 17 Aprel Dünya Hemofiliya Günü münasibəti ilə mətbuat konfransı keçirildi.
17 Aprel Dünya Hemofiliya Günü 1989 –cu ildən qeyd olunur. Azərbaycanda 1999-cu ildən bu əlamətdar gün cəmiyyətin və dövlət strukturlarının diqqətini bu problemə cəlb etmək üçün qeyd edilir.
Qeyd edək ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 2000 – ci ildən Dünya Hemofiliya Federasiyasının həqiqi üzvüdür və Dünya Hemofiliya Gününü hər il müxtəlif şüarlar altında 19 ildir qeyd edir.
Bu il “Biliklərimizlə paylaşaraq daha güclü oluruq” şüarı ilə Azərbaycanda Elmi Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova hemofiliyalı pasientlərin statistikası və müalicədə əsas qanı laxtalandıran faktor konsentratları ilə aparılan müxtəlif cərrahi əməliyyatlardan məlumat vedi. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova Assosiasiyanın 2018-ci ilin ilk rübü ərzində fəaliyyətlərdən və gələcək perspektivlər haqqında məlumat vermişdir.
“Biliklərimizlə paylaşaraq daha güclü oluruq” şüara uyğun “Smart İKT Hemofiliya Mərkəzinin yaradılması” adlı layihə bu il reallaşacaq. O qeyd etmişdi Ki: Il ərzində 30-dan çox seminar, treninq, konfrans, həkimlərlə tibbi konsultasiyalar və sair keçiririk. Lakin sadalanan tədbirlər çərçivəsində bütün pasientləri əhatə edə bilmirik. 1000 nəfərdən çox pasient və onların ailə üzvləri maariflənməyə və mütəxəssislərin məsləhətlərinə ehtiyacları var.
Təşkilatın məlumat bazasında ağır formalı 517 hemofiliyalı və digər qan xəstəliyindən əziyyət çəkən pasient var.
Onlar mütamadi olaraq yeni xəbərlər haqqında Informasiya Kompyuter Texnologiyalar vasitəsi ilə məlumatlı olmalıdırlar, birbaşa yayım vasitəsi ilə Azərbaycanda yaşayan hemofiliyalı vətəndaşlarla telekonfranslar təşkil etməklə sosial şəbəkələrdə həkimlərdən məsələhətlər almalıdırlar.
Deyilənləri nəzərə alıb, Assosiasiyanın ofisində Smart İKT Hemofiliya Mərkəzinin yaradılması zərruridir. Bunun üçün ofisin təmiri, Elektron Məlumat Bankını və WEBSAYTI yeniləmək, kompyuter texnikasını almaq vacibdir.





