17 – Aprel Dünya Hemofiliya Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirildi.

Hər il olduğu kimi bu ildə Hemofiliyali Xəstələrin Respublika Assosiasiyası, və “Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin dəstəyi ilə 16 aprel 2019-cu il tarixində uşaqların iştirakı ilə Eko Parkda konsert proqramı, “17 Aprel – Hemofiliya Günü”nü yaddaşlarda saxlamaq üçün, cəmiyyətin diqqətini bu problemə yönəltmək məqsədi ilə uşaqlar tərəfindən Eko Parkın bağında ağacəkmə aksiyası keçirildi.


2006-ci ildən cənab Prezident İlham Əliyevin imzaladağı “Hemofiliya xəstəliyinə düçar olmuş şəxslərə Dövlət qayğısı haqqında Qanun” çərçivəsində və vitse-prezident xanım Mehriban Əliyevanın diqqəti nəticəsi olaraq Azərbaycan Hökuməti irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımıza yetərincə qayğı göstərir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz növbəsində məktəb ləvazimatlarından ibarət hədiyyə verməklə uşaqlarımıza mənəvi dəstək oldu.


Qeyd etmək istəyirik ki, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hemofiliya Federasiyası 17 aprel tarixini Dünya Hemofiliya Günü elan etdiyi üçün Azərbaycanda 17 Aprel Günü 1999-cu ildən qeyd edilir.


Xatırladaq ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 1997-ci ildən hemofiliyalı uşaqlarımıza mənəvi dəstək, onlara qan və onun komponentləri ilə yardım məqsədi ilə yaradılmışdır.


Hökumətin dəstəyi olduqdan sonra uşaqlarımız yüksək keyfiyyətli dərman preparatları ilə müalicə alır və sağlam yaşayırlar. Onlar təhsil alır, işləyir və ailə qururlar.