Hörmətli xanımlar və cənablar!
1 aprel tarixi qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlar üçün sağlamlıqlarında və müalicələrinin yaxşılaşdırılmasına doğru bir dönüş nöqtəsi oldu.
Məhz 1 aprel 2020-ci il tarixdə covid 19 pandemiyasının ən sərt dönəmində Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan tərəfindən regionlarda yaşayan hemofiliyalı pasientlər üçün dərman preparatları çatdırıldı.
O gündən etibarən həyati vacib dərman preparatlarının regionlarda yaşayan pasientlərə çatdırılması aidiyyəti səhiyyə qurumları tərəfindən həyata keçirilir.
Əfsuslar olsun ki, 1 aprel 2020-ci il tarixinə qədər regionlarda yaşayan pasientlər öz həyati vacib dərman preparatlarını götürmək üçün ayda bir neçə dəfə Bakı şəhərinə gəlirdilər. Əlbətdəki buda pasientin sağlamlığına, sosial durumuna və vaxtına ciddi mənfi təsir edirdi.
TƏBİB -ə və Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə pasientlərin dərman preparatlarının bu günədək regionlara çatdırılmasına görə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası təşəkkür edir və pasientlərin müalicələrinin keyfiyyətli olması naminə aidiyyəti səhiyyə qurumlarına dəstək olmağa hər zaman hazırdır.
#Səhiyyə #Sağlamlıq #Pasient #Hemofiliya #Koaqulopatiya #Hematologiya #TƏBİB #HemofiliyaAzərbaycan #MilliHematologiya #Azərbaycan #COVİD19 #Hemophilia





