6-9 iyun 2024-cü il taxirlərində Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Hemofiliya Konsorsiumunun liderlər Konfransı keçirildi.
40 ölkədən olan iştirakçılar sırasında Konsorsiumun həqiqi üzvü Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbərliyi və idarə heyətinin üzvləri olmuşlar.
Konfransda professor Sedrik Hermans Əsasçıxışında bildirmişdir ki, qanaxma pozğunluqlarının müalicəsinə əlçatanlığı təmin edilməlidi. Hemofiliyanın hazırkı müasir müalicəsi, qanın nadir laxtalanma pozğunluqları, qadınlarda laxtalanma pozğunluğu, inhibitorlu pasiyentlərin müalicəsi və digər vacib mövzular ətrafında çıxışlar və müzakirələr olmuşdur.
İyun ayının 7-si Avropa Hemofiliya Konsorsiumunun (EHC) Fövqəladə Baş Assambleyasında üzvlər arasında uzun illər əməkdaşlıq prosesi sayəsində EHC icması Nizamnaməyə edilən dəyişikliklər notarius qarşısında yekdilliklə təsdiqlənmişdir.
Bundan başqa Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndələri Avropa Hemofiliya Konsorsiumunun idarə heyətilə individual görüşü olmuşdur və görüş zamanı birgə əməkdaşıq və yaxın gələcəyə olan perspektivlər barədə bəhrəli müzakirələr aparılmışdır.
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemophilia #Hemofiliya #Hematologiya #EHC #PTİ #HemofiliyaAzərbaycan #LiderlərKonfransı





