"Qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların ağız boşluğunun qorunmasına dair" beynəlxalq vebinar keçirilmişdir.

"Qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların ağız boşluğunun qorunmasına dair" beynəlxalq vebinar keçirilmişdir.

29.11.2023-ci il tarixində TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı və Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə 100dən çox Bakı şəhəri və regionlardan həkimlərin iştirakı ilə "Qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların ağız boşluğunun qorunmasına dair" beynəlxalq vebinar keçirilmişdir.

Vebinarın açılışında TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxış etmiş və həkimlər arasında təcrübə mübadiləsinin vacibliyini vurğulamışdır.

Vebinarda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Mançester Universitetinin həkimləri Dr. Wood Petrina, Dr. Thachil Jecko, Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri Mina Adıgözəlova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin müdiri Dr. Cavanşir Məhərrəmov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının üz çənə cərrahiyyəsinin şöbə müdiri Dr. Vüqar Qurbanov praktiki çıxışlar etmişlər.

Vebinarın moderatorları TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin baş nəsləhətçisi Romella Osmanova və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov olmuşlar.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
TƏBİB
Pasiyent Təşkilatları İttifaqı

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Stomatologiya #Hemofiliya #Hematologiya #HemofiliyaAzərbaycan #KoaqulopatiyaМеньше

Alt şəkillər

1703456760175140-800x500.jpg
1703456760180617-800x500.jpg
1703456760184768-800x500.jpg
1703456760192119-800x500.jpg
1703456760200504-800x500.jpg
1703456760200165-800x500.jpg
1703456760201764-800x500.jpg
1703456760201573-800x500.jpg
1703456760201106-800x500.jpg