Hematolologiya Mərkəzində Hemofiliya Assosiasiyasının təşəbbüsü ilə stomatoloji müalicə və müayinələr aparıldı

Hematolologiya Mərkəzində Hemofiliya Assosiasiyasının təşəbbüsü ilə stomatoloji müalicə və müayinələr aparıldı

9 dekabr 2022-ci il tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbərliyinin dəstəyilə laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlər üçün "Stomatoloji müayinə və müalicə aksiyası" keçirildi.

Mərkəzin həkim stomatoloqu Dr. Abbas Abdullayev qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərin ağız boşluğunu müayinə etmiş və ehtiyac olduqda müalicə etmişdir. Müayinə və müalicə peşəkar həkim tərəfindən uğurla aparılmışdır.

Qeyd edək ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin stomatoloji kabinetini müasir tibbi avadanlıqlarla, mebel və müalicə üçün lazımi plombalarla tam təchizatlandırmışdır.

Bununlada gələcəkdə Hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlar üçün stomatoloji müalicə və müayinələr sistematik olması nəzərdə tutulmuşdur.

Bu istiqamətdə Respublikada stomatoloji xidmətin inkişafı hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların sağlamlığı üçün dövlət tərəfindən alınan həyati vacib bahalı laxtalandırıcı dərman preparatlarının normativ istifadəsinə zəmin yaradacaq.

 

#Səhiyyə #Sağlamlıq #Pasient #Hematologiya #Stomatologiya #MilliHematologiya #Koaqulopatiya #Hemofiliya #HemofiliyaAzərbaycan

Alt şəkillər

1670671302685159-800x500.jpg
167067130269130-800x500.jpg
1670671302695179-800x500.jpg
1670671302704827-800x500.jpg
1670671302711271-800x500.jpg
1670671302711602-800x500.jpg
1670671302712758-800x500.jpg
1670671302712181-800x500.jpg
1670671302714535-800x500.jpg
1670671302713453-800x500.jpg
1670671302713990-800x500.jpg
1670671302714107-800x500.jpg
1670671302714202-800x500.jpg
1670671302714288-800x500.jpg
1670671302715557-800x500.jpg
1670671302731219-800x500.jpg