Dr. Sevil Cəlilova
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin
uşaq onko hematologiya şöbəsinin müdiri
İdiopatik trombositopenik purpura (ITP) tam olaraq səbəbi müəyyən edilməyən immun bir trombositopeniyadır və trombositlərin sayının kəskin azalması ilə xarakterizə olunur. Xəstəlik kəskin və xroniki gedişli ola bilər. Kəskin ITP daha çox 2-6 yaşlı uşaqlarda, xroniki gedişat isə adətən yaşlılarda görülür. Kəskin ITP keçirilmiş infeksiyadan sonra 2-3 həftə ərzində anidən başlayır. Xəstəliyin ən vacib simptomu qırmızı bənövşəyi rəngdə petexiyalar (kiçik nöqtəvari qansızma) və eksimozlardır (göyərmə). Nadir hallarda qanaxma da müşahidə edilə bilər.
Diaqnostikası:
Qanın ümumi analizi, barmaq ucundan hazırlanmış periferik yaxma və sümük iliyinin morfoloji müayinəsi.
Müalicə: ITP-də müalicə qərarı trombosit sayından çox qanaxma əlamətlərinə görə müəyyənləşdirilir. Yəni diaqnoz qoyulan uşaqda qanaxma olmadan PLT sayı <30.000 olarsa və ya PLT sayı >30.000 olduğu halda qanaxma müşahidə olunarsa, müalicəyə başlanılması tövsiyə edilir.
- Kortikosteroid müalicəsi (puls terapiya və ya oral)
- Intavenoz immunoglobulin (IvIg)
- Splenektomi
- Digər müalicələr
Proqnoz:
Xəstəliyin müddəti bir neçə gündən 6 aya qədər davam edə bilər. Ortalama müddət 4-6 həftədir. 90 % hallarda uşaqlarda spontan yaxşılaşma qeyd edilir. Ancaq xroniki və refrakter gedişli ITP-lər də müşahidə edilə bilər.





