DÜNYA DÜŞEN ƏZƏLƏ DİSTROFİYASI MAARİFLƏNDİRMƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİB
15.10.2025-ci il tarixində Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanasında Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Tədbirin məqsədi Düşen Əzələ Distrofiyası xəstəliyi barədə ictimai məlumatlılığı artırmaq, erkən diaqnostika, reabilitasiya və müalicə proseslərində multidissiplinar yanaşmanın vacibliyini vurğulamaq olub.
Konfransı giriş sözü ilə Uşaq Nevroloji Xəstəxanasının baş həkimi İlahə Hacıyeva açaraq, bu xəstəliyin erkən aşkarlanmasının uşaqların həyat keyfiyyətinə və xəstəliyin gedişinə mühüm təsir göstərdiyini qeyd edib.
Tədbirdə həmçinin Respublika Pediatriya Mərkəzinin müalicə işləri üzrə direktor müavini Günel Əhmədova çıxış edərək, belə tədbirlərin xəstəlik barədə ictimai məlumatlılığın artırılmasında və peşəkar mütəxəssislər arasında təcrübə mübadiləsinin güclənməsində mühüm rol oynadığını bildirib.
Daha sonra “Düşen Əzələ Distrofiyasına Qarşı Mübarizə” İctimai Birliyinin rəhbəri Rəsul Məmmədov, Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin əməkdaşı Şəbnəm Qurbanova, Tibbi planlama departamentinin Monitorinq şöbəsinin baş məsləhətçisi Nərgiz Allahverdiyeva və Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov çıxış ediblər.
Konfransın elmi hissəsində Türkiyədən dəvət olunmuş professor Haluk Aydın Topaloğlu ilə yanaşı, tibb üzrə fəlsəfə doktoru Mədinə Tağıyeva, mütəxəssis genetik Ağarza Ağayev, uşaq endokrinoloqu Nabat Ağayeva, uşaq kardioloqu Bəhruz Əliyev, travmatoloq-ortoped Vüsal İsmayılov və fizioterapist İlayda Altay çıxış ediblər.
Tədbir iştirakçılarının sualları cavablandırılıb, geniş müzakirələr aparılıb və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
TƏBİB
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Pasiyent Təşkilatları İttifaqı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Düşen #Nevrologiya #TƏBİB #PTİ
DÜNYA DÜŞEN ƏZƏLƏ DİSTROFİYASI MAARİFLƏNDİRMƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİB

15.10.2025-ci il tarixində Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanasında Dünya Düşen Əzələ Distrofiyası Maarifləndirmə Gününə həsr olunmuş elmi konfrans keçirilib.
Alt şəkillər
Oxşar məqalələr
632 baxış
“Pasiyentlərin təhlükəsiz və müasir müalicəsinə dair” mövzusunda elmi konfrans təşkil olunub
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in dəstəyi, Pasiyent Təşkilatları İttifaqının (PTİ)…
197 baxış
Ümumdünya Xəstələr Gününə həsr olunmuş “Bir ümidə işıq ol” adlı tədbir keçirilib.
11 Fevral 2026-cı il tarixində TƏBİB və Pasiyent Təşkilatları İttifaqının birgə əməkdaşlığı çərçivəsində Yeni Klinikada…
222 baxış
DMD ƏZƏLƏ DİSTROFİYASI ÜZRƏ REGİONAL DİALOQ adlı tədbir keçirildi
1.01.2026-cı il tarixində Azərbaycan Pediatriya Mərkəzinin, Pasiyent Təşkilatları İttifaqının və Düşen Əzələ…
293 baxış
"SAĞLAM QANA EHTİYACI OLAN UŞAQLARIN HƏYATINI XİLAS EDƏK" şüarı altında qanvermə aksiyası təşkil edildi
30 oktyabr 2025-ci il tarixində TƏBİB -in və Pasiyent Təşkilatları İttifaqı -nın birgə təşkilatçılığı ilə Medinex Tibbi…




