ANA & BALA 7 Sağlamlıq Düşərgəsi qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onların ailə üzvlərinə uğurla həyata keçirildi.

 

19-21 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Həmkarlar Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Hemofiliyalı Xəstələr İctimai Birliyinin təşkilatçılığı ilə ANA & BALA 7 Sağlamlıq Yay Düşərgəsi təşkil edildi.

Düşərgənin ilk günü düşərgə iştirakçıları üçün Respublika Klinik Xəstəxanasının hematalogiya şöbəsinin həkim hematoloqu Dr. Ələmdar Cəfərzadə tərəfindən hemofiliya xəstəliyinə müasir yanaşma, ağrının idarə edilməsi mövzusunda seminar keçirilmişdir və sonda müayinələr təşkil olunmuşdur.

 

Düşərgənin ikinci günü Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi Dr. Gülay Qurbanzadə və onun komandası tərəfindən "Hemofiliyanın fəsadlarının aradan qaldırılmasında fizioterapiya və reabilitasiyanın mühüm rolu mövzusunda seminar təşkil edildi və daha sonra uşaqların müayinələri və konsultasiyaları ilə seminar davam etdi. Seminarların davamı olaraq uşaqların sağlam qidalanması və artıq çəkidən azad olunması mövzuda Qastroenteroloq, DNT dietoloq Dr. Nərmin Novruzova seminarda çıxış etdi və vacib sualları cavablandırdı.


Daha sonra düşərgənin rəsmi hissəsində Milli Məclisin millət vəkili və səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva və Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov düşərgə iştirakçıları ilə görüşə təşrif buyurdular. Rəmi hissə çərçivəsində ictimai birliyin sədri Ayaz Hüseynov 2024-2025-ci illər ərzində görülən işlərlə qonaqları tanış etdi və hemofiliyalı uşaqların ifası ilə qonaqlara maarifləndirici tamaşa göstərildi.

 

Rəsmi hissə çərçivəsində qonaqlar Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov və Milli Məclisin səhiyyə komitəsinin üzvü və millət vəkili Pərvanə Vəliyeva ölkə rəhbərliyinin həssas qruplarını daima diqqət mərkəzində sağladıqlarını və görülən işləri yüksək qiymətləndirmişlər. Rəsmi hissənin sonunda 50 nəfər məktəbli üçün sağlamlıq düşərgə iştirakçılarına bütün ləvazimatlarla məktəb çataları hədiyyə edildi.

 

21 sentyabr 2025-ci ildə düşərgənin son günündə düşərgə iştirakçılarına birliyin stomatoloqu Dr. Aybəniz Şahmuradova tərəfindən ağız boşluğunun gigiyenası mövzusunda təlim keçirdi. Bundan başqa həmin gün damardaxili inyeksiya təlimləridə birliyin tibb bacısı Mirvarid Siracova tərəfindən təşkil edildi və iştirakçıları narahat edən suallar cavablandırıldı.

 

Ümumilikdə qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onların ailə üzvlərinə ANA & BALA 7 Sağlamlıq Düşərgəsi çərçivəsində iştirakçıların asudə vaxtının səmərəli keçirilməsi üçün idan və əyləncəli proqramlar təşkil edildi.

ANA & BALA 7 Sağlamlıq Düşərgəsi pilot layihəsi olaq məqsədi aidiyyati dövlət qurumlarının dəstəyi ilə həssas qruplardan olan əlilliyi olan 18 yaşadək uşaqların sanator kurort müalicəsinə cəlb edilməsi və bu sahənin inkişafının vacibliyini bildirir.