Sonaver Məhərrəmova – Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin üzvü

Məhərrəmova Sonaver Rəşid qızı 1953 –cü ildə Quba rayonunun Bağbanlı qəsəbəsində usta ailəsində anadan olmuşdur.

1970 – 1974 illərdə orta məktəbi bitirmiş və Bakı şəhəri 1 saylı Baza tibb məktəbinin mamalıq fakültəsinə daxil olmuşdur.

1974 – 2020 illərdə Mir Qasımov adına Respublika Kliniki Xəstəxanası hematologiya şöbəsinin transfuziologiya otağında tibb bacısı vəzifəsində çalışmışdır.

2006 ildən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin üzvüdür.

2004 – 2022 illər ərzində hemofiliyalı uşaqlar üçün təşkil edilən yay düşərgələrində könüllü əsaslarla hemofiliyalı uşaqlara qayğı göstərir və hemofiliyalı yeniyetmə və valideynlərə damar daxili inyeksiya qaydalarına dair təlim verir.