Beynəlxalq Nadir Xəstəliklər Gününə aid silsilə tədbirlər davam edir

Beynəlxalq Nadir Xəstəliklər Gününə aid silsilə tədbirlər davam edir

Beynəlxalq Nadir Xəstəliklər Gününə aid silsilə tədbirlər davam edir.

01.03.2025-ci il tarixində Pirallahı Tibb Mərkəzinin təşkilatçılığı, TƏBİB-in və Pasiyent Təşkilatları İttifaqının dəstəyi ilə Zirə EKO parkda "Beynəlxalq Nadir Xəstəliklər" gününə həsr edilmiş seminar keçirildi.

Seminarda açılış nitqi ilə çıxış edən TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli ölkəmizdə nadir xəstəliklərdən əziyyət çəkən vətəndaşlara dövlət qayğısından danışdı.

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov öz çıxışında pasiyentlərin keyfiyyətli müalicəsinin təşkilinin vacibliyini qeyd etmişdir.

Daha sonra müxtəlif nadir xəstəliklərin müayinə, müalicə və laborator diaqnostikası haqqında ixtisaslaşmış həkimlər -Gülay Qurbanzadə, Sevil Cəlilova, Nərgiz Yəhyəzadə, Sevinc Camıyeva, Orxan Nəcəfov çıxış ediblər.

Baş tutan tədbirdə 50-dən çox tibb işçisi iştirak etmişdir.

Seminarın sonunda Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov tədbirin əhəmiyyətindən vurğulayaraq seminar iştirakçılarına uğurlar arzu etmişdir.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #TƏBİB #nadirxəstəliklərgünü #PasiyentTəşkilatlarıiİttifaqı #PirallahıTibbMerkezi #İTS #PTİ

Alt şəkillər

1741800900095484-800x500.jpg
1741800900108618-800x500.jpg
1741800900109615-800x500.jpg
1741800900100432-800x500.jpg
1741800900109971-800x500.jpg
1741800900110233-800x500.jpg
1741800900110307-800x500.jpg
174180090011022-800x500.jpg
1741800900111878-800x500.jpg
1741800900111836-800x500.jpg
1741800900111722-800x500.jpg
174180090011210-800x500.jpg
1741800900128193-800x500.jpg
1741800900128612-800x500.jpg