Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

30.10.2024-cü il tarixində TƏBİB-in, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib.

Seminarda Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Tamara Nurəliyeva hemofiliyalı vətəndaşların paytaxta getmədən yaşadıqları regionda müalicələrinin təşkili və müalicənin multidisiplinar olmasının vacibliyini bildirib.

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov son 1 il ərzində dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri Dr. Məhluqə Talıbova “Hemofiliyalı xəstələrə yanaşma” və fizioterapevt Yegənə əzizova "Hemofiliyalı Pasiyentlərin müalicəsində fizioterapiyanın faydası" və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının stomatoloqu Dr. İsmayılova Sevda “Hemofiliyalı xəstələrdə ağız boşluğu və diş problemləri” mövzularında çıxış etdilər.

Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsi və ilə tanışlıq olub. Laxtalanma pozğunluğu ilə olan pasiyentlərin fizioterapevtik müalicələrinin Zaqatala rayonunda təşkili yüksək üiymətlədirilib və təklifər dinlənilib.

Qeyd edək ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsi 2023-cü ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən tibbi avadalıqlar və tibbi mebellə təchizatlandırılmışdır.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #TƏBİB #İTS #Hemofiliya #Fizioterapiya #Stomatologiya

Alt şəkillər

1731391695520399-800x500.jpg
1731391695541999-800x500.jpg
1731391695530845-800x500.jpg
1731391695523128-800x500.jpg
1731391695545229-800x500.jpg
173139169554641-800x500.jpg
1731391695546104-800x500.jpg
1731391695547841-800x500.jpg
1731391695547388-800x500.jpg
1731391695547763-800x500.jpg
1731391695547209-800x500.jpg
1731391695560608-800x500.jpg