Xaçmazda “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

Xaçmazda “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

18.11.2025-ci il

“Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

TƏBİB-in və Hemofiliyalı Xəstələrin Assosiasiyasının birgə təşkilatçılığı ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib.

Seminarın açılışında Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev keçirilən seminarın vacibliyini qeyd edərək, bu tip seminarların regionlarda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri, həkim-hematoloq Firəngiz Nəzərli “Laborator diaqnostik yanaşmalar, faktorlara dair analizlər”, Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu Asya İsmayıl-zadə "Hemofiliyanın müasir müalicəsi" , Hemofiliyalı Xəstələrin Assosiasiyasının həkim-fizioterapevti Yeganə Əzizova "Hemofiliyanın verdiyi fəsadların aradan qaldırılmasında fizioterapiyanın rolu" və Sumqayıt Hospital-ın baş tibb bacısı Mirvarid Siracova "Hemofiliyanın müalicəsində tibb bacısının rolu" mövzusunda çıxış ediblər.

Seminarda qeyd edilən mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #TƏBİB #Hemofiliya #HemofiliyaAzerbaijan

Alt şəkillər

1764010277072774-800x500.jpg
1764010277078185-800x500.jpg
1764010277060806-800x500.jpg
17640102770655-800x500.jpg
1764010277091576-800x500.jpg
1764010277091167-800x500.jpg
1764010277092649-800x500.jpg
1764010277090740-800x500.jpg
1764010277093494-800x500.jpg
1764010277093521-800x500.jpg
1764010277093728-800x500.jpg
1764010277114463-800x500.jpg
1764010277094863-800x500.jpg
1764010277115287-800x500.jpg
1764010277115901-800x500.jpg
1764010277116693-800x500.jpg
1764010277116661-800x500.jpg
1764010277117789-800x500.jpg
1764010277117384-800x500.jpg
1764010277117632-800x500.jpg