Xızı rayon Mərkəzi Xəstəxanasında Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

Xızı rayon Mərkəzi Xəstəxanasında Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

11.09.2025-ci il

Xızı rayon Mərkəzi Xəstəxanasında, TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib.

Seminarın açılışında Xızı Rayon Mərkəzi Xəstəxanasının direktoru, Dr. Bəhdaş Nəbiyev Bu tip semminarların regionlarda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Dr. Firəngiz nəzərli “Qanın laxtalanma pozğunluğunun müalicəsinin müasir təşkili.”, Respublika Klinik Xəstəxanasının hematoloqu Dr. Asya İsmayılzadə, " Hemofiliyanın multidisiplinar müalicə modeli ", Yeni Klinika Tibb Müəsisəsinin hematalogiya və sümük iliyi nəqli mərkəzi, sümük iliyi transplantasiya şöbəsinin müdiri Dr. Sevil Cəlilova, " İdiopatik trombositopenik purpuraya müasir yanaşma və beynəlxalq rəhbərliklərdə müalicə ", Sumqayıt Hospital Xəstəxanasının baş tibb bacısı Mirvarid Siracova "Hemofiliyanın müalicəsində tibb bacısının rolu" mövzusunda çıxış etmişlər.

Seminar sual cavabla yekunlaşmışdır və həkimləri maraqlandıran suallar cavablandırılmışdır.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #TƏBİB #Hemofiliya #HemofiliyaAzerbaijan

Alt şəkillər

17579175127285-800x500.jpg
1757917512733350-800x500.jpg
1757917512737988-800x500.jpg
1757917512745207-800x500.jpg
1757917512750176-800x500.jpg
1757917512755132-800x500.jpg
1757917512755747-800x500.jpg
175791751275636-800x500.jpg
1757917512768909-800x500.jpg
1757917512768434-800x500.jpg
1757917512769815-800x500.jpg
1757917512778651-800x500.jpg
1757917512779908-800x500.jpg
1757917512779312-800x500.jpg