Dünya miqyaslı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF13) 13-cü sessiyası çərçivəsində, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası regionlarda yaşayan pasiyentlərin həyat keyfiyyətinə birbaşa təsir edəcək mühüm mövzunu gündəmə gətirir.
Keçiriləcək tədbirin əsas mövzusu "Regionlarda hemostaz pozuntularından əziyyət çəkən pasiyentlər üçün müalicənin əlçatanlığı və infrastrukturun təşkili standartları" olacaq. Məqsəd: Şəhər və yaşayış məntəqələrinin inklüziv inkişafı ilə yanaşı, xüsusi qayğıya ehtiyacı olan hər bir koaqulopatiyalı pasiyentlərin müasir tibbi xidmətlərə çıxışının təmin edilməsidir.
Tədbirdə əsas toxunulacaq istiqamətlər: Regionlarda müxtəlif koaqulopatiya və ümumilikdə hemostaz pozuntularından əziyyət çəkən şəxslərin həyati vacib dərman təminatı və təcili tibbi yardıma çıxışı.
İnfrastruktur: Bölgələrdə ixtisaslaşmış dövlət xəstəxanalarında kadr potensialının standartlara uyğunlaşdırılması.
Tədbir 20 may 2026-cı il tarixində, saat: 15:00-da, Bakı Olimpiya Stadionu / Qlobal Cənub Platforması pavilyonununda təşkil ediləcək.
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Hemostaz #Koaqulopatiya #Pasiyent #WUF13 #UrbanForum
WUF 13 çərçivəsində qanın laxtalanma pozuntusunun idarə edilməsinə dair tədbir keçiriləcək
Alt şəkillər

