16 noyabr 2023-cü il tarixində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə Ölkə Ofisi olaraq “İctimai Səhiyyə Assosiasiyasının rolu” mövzusunda vebinar keçirilmişdir.
Vebinarın mövzusu ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi Dr. Belgin Ünalın moderatorluğu ilə keçiriləcək onlayn sessiyada aşağıda adları qeyd olunan məruzəçilər tərəfindən təqdim olunacaq:
Maaike Droogers – Avropa İctimai Səhiyyə Assosiasiyasının (EUPHA) direktor müavini,
Bülent Kılıç – Türkiyə İctimai Sağlamlıq Mütəxəssisləri Birliyinin prezidenti,
Ayaz Hüseynov – Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri,
Oleg Lozan – Moldovanın İctimai Səhiyyə və İdarəetmə Məktəbinin təsisçisi, professoru və direktoru olmuşlar.
Vebinarın məqsədi müəyyən bir ölkənin/regionun ictimai sağlamlığının təkmilləşməsində İctimai Səhiyyə Assosiasiyalarının rolu və missiyasını müəyyən etmək, ictimai səhiyyə sahəsində peşəkar təşkilatların əhəmiyyətini müzakirə etmək olmuşdur.
Vebinara 150-dən çox ictimai səhiyyə işçiləri, ictimai səhiyyə tələbələri və rezidentləri və s. qoşularaq iştirak etmişlər.
World Health Organization Azerbaijan
Pasiyent Təşkilatları İttifaqı
#Səhiyyə #Sağlamlıq #Pasiyent #PTİ #WHO #PasiyentTəşkilatlarıİttifaqı