Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə Ölkə Ofisi olaraq “İctimai Səhiyyə Assosiasiyasının rolu” mövzusunda müzakirə aparılacaq

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə Ölkə Ofisi olaraq “İctimai Səhiyyə Assosiasiyasının rolu” mövzusunda müzakirə aparılacaq

Əziz həmkarlarımız,

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə Ölkə Ofisi olaraq “İctimai Səhiyyə Assosiasiyasının rolu” mövzusunda müzakirə aparılması üçün 16 noyabr saat 14:30-da vebinar keçirməyi planlayırıq.

Vebinarın mövzusu ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi Dr. Belgin Ünalın moderatorluğu ilə keçiriləcək onlayn sessiyada aşağıda adları qeyd olunan məruzəçilər tərəfindən təqdim olunacaq:

Maaike Droogers – Avropa İctimai Səhiyyə Assosiasiyasının (EUPHA) direktor müavini.

Bülent Kılıç – Türkiyə İctimai Sağlamlıq Mütəxəssisləri Birliyinin prezidenti.

Ayaz Hüseynov – Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri.

Oleg Lozan – Moldovanın İctimai Səhiyyə və İdarəetmə Məktəbinin təsisçisi, professoru və direktoru.

Vebinarın məqsədi müəyyən bir ölkənin/regionun ictimai sağlamlığının təkmilləşməsində İctimai Səhiyyə Assosiasiyalarının rolu və missiyasını müəyyən etmək, ictimai səhiyyə sahəsində peşəkar təşkilatların əhəmiyyətini müzakirə etməkdir.

Vebinara ictimai səhiyyə işçiləri, ictimai səhiyyə tələbələri və rezidentləri və s. qoşula bilər.

Onlayn sessiyamız Azərbaycan və ingilis dillərində aparılacaq. Vebinara qoşulanlar iştirakları təsdiqləndikdən sonra sertifikat əldə edəcəklər.

Vebinarın linki:

https://who.zoom.us/j/95809004106

Meeting ID: 958 0900 4106

Passcode: +t5n=xth

Vebinar haqqında ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış ola bilər və yaxın günlərdə vebinarın təkrarını buradan izləyə bilərsiniz:

https://tedbir.ahsenet.com/.../ictimai-sehiyye.../

#Səhiyyə #Sağlamlıq #ÜST #Pasiyent #PTİ #WHO #ÜST

Alt şəkillər

1700850429233546-800x500.jpg