Sumqayıt Tibb Mərkəzində müxtəlif profilli ixtisaslaşmış həkim mütəxəssislərlə bərabər Hemofiliyanın multidisiplinar müalicəsinə dair seminar keçiriləcək

Sumqayıt Tibb Mərkəzində müxtəlif profilli ixtisaslaşmış həkim mütəxəssislərlə bərabər Hemofiliyanın multidisiplinar müalicəsinə dair seminar keçiriləcək

TƏBİB-in dəstəyi ilə regionlarda hemofiliyanın multidisiplinar müalicəsinə dair seminarlar davam edir.

Hər il olduğu kimi bu il də TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Hemofiliyanın multidisiplinar müalicəsinə dair regionlarda seminarlar davam edir.

05 sentyabr 2025-ci il tarixində, Sumqayıt Tibb Mərkəzində müxtəlif profilli ixtisaslaşmış həkim mütəxəssislərlə bərabər Hemofiliyanın multidisiplinar müalicəsinə dair seminar keçiriləcək.

Hemofiliyanın multidisiplinar müalicəsinə dair elmi seminara dəvət olunan doktorlara 4 kredit balı veriləcək!

Məqsədimiz hemofiliya və digər qanın laxtalanma pozğunluğunun müalicəsində həkimlər arasında təcrübə mübadiləsini gücləndirmək, pasiyentləri maarifləndirmək və regionlarda müalicənin keyfiyyətini artırmaqdır.

 

Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan

Pasiyent Təşkilatları İttifaqı

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Koaqulopatiya #MultidisiplinarYanaşma #TƏBİB #HemofiliyaAzərbaycan