Sumqayıt Tibb Mərkəzində Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

Sumqayıt Tibb Mərkəzində Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

05.09.2025-ci il

Sumqayıt Tibb Mərkəzində, TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib.

Seminarın açılışında Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri Namirə Abbasova hemofiliyanın erkən aşkarlanmasının və müxtəlif sahələrin mütəxəssislərinin birgə fəaliyyətinin xəstələrin sağlamlığı üçün mühüm rol oynadığını vurğulayıb.

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Dr. Firəngiz nəzərli " İdiopatik trombositopenik purpura, müasir yanaşma və müalicədə beynəlxalq rəhbərliklər", Respublika Klinik Xəstəxanasının hematoloqu Dr.Yuliya Hüseynova "Qanın laxtalanma pozğunluğunun müalicəsinin müasir təşkili", Respublika Klinik Xəstəxanasının hematoloqu Dr. Şəbnəm "Hemofiliyanın müasir müalicəsi", Tibbi Reabilitasiya Mərkəzinin baş həkim. Dr. Gülay Qurbanzadə "Hemofiliyalı xəstəliyində fizioterapiyanın rolu", Sumqayıt Hospital Xəstəxanasının baş tibbacısı Mirvarid Siracova "Hemofiliyanın müalicəsində tibb bacısının rolu" mövzusunda çıxış etmişlər.

Seminar sual cavabla yekunlaşmışdır və həkimləri maraqlandıran suallar cavablandırılmışdır.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #TƏBİB #Hemofiliya #HemofiliyaAzerbaijan

Alt şəkillər

1757618040665680-800x500.jpg
1757618040678373-800x500.jpg
1757618040677153-800x500.jpg
1757618040669747-800x500.jpg
1757618040679417-800x500.jpg
1757618040678948-800x500.jpg
1757618040679970-800x500.jpg
1757618040679619-800x500.jpg
1757618040680705-800x500.jpg
1757618040681600-800x500.jpg
1757618040680785-800x500.jpg
1757618040701649-800x500.jpg
1757618040701541-800x500.jpg
1757618040702677-800x500.jpg