30.09.2025-ci il
Siyəzən Rayon Mərkəzi Xəstəxanasında, TƏBİB-in və Hemofiliyalı Xəstələrin Assosiasiyası ilə birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib.
Seminarın açılışında Xızı Rayon Mərkəzi Xəstəxanasının direktoru, Dr. Nərgiz Əliyeva keçirilən semminarın mühüm əhəmiyyət kəsb etdiyini bildirərək seminarın gedişatına uğurlar arzu etdi.
Daha sonra Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Ayaz Hüseynov dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.
Seminarda Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim hematoloqu Dr. Ələmdar Cəfərov “ Hemofiliya Xəstəliyinin ağırlaşmaları və idarəolunması ”, Respublika Klinik Xəstəxanasının hematoloqu Dr. Aytac Novruzova, " Hemofiliyanın müasir müalicəsi ", Yeni Klinika Tibb Müəsisəsinin hematalogiya və sümük iliyi nəqli mərkəzi, sümük iliyi transplantasiya şöbəsinin müdiri Dr. Sevil Cəlilova, " İdiopatik trombositopenik purpuraya müasir yanaşma və beynəlxalq rəhbərliklərdə müalicə ", Assosiasiyanın həkim fizioterapevt Dr. Yeganə Əzizova “Hemofiliyalı Xəstələrdə oynaqdaxili qanaxmaların fəsadlarının aradan qaldırılmasında fizioterapiyanın rolu” və Sumqayıt Hospital Xəstəxanasının baş tibb bacısı Mirvarid Siracova "Hemofiliyanın müalicəsində tibb bacısının rolu" mövzusunda çıxış etmişlər.
Seminar sual cavabla yekunlaşmışdır və həkimləri maraqlandıran suallar cavablandırılmışdır.
#Səhiyyə #Sağlamlıq #Pasiyent #TƏBİB #Hemofiliya #HemofiliyaAzerbaijan