Şabranda “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

Şabranda “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

08.10.2025-ci il

Şabran Rayon Mərkəzi Xəstəxanasında, TƏBİB-in və Hemofiliyalı Xəstələrin Assosiasiyası ilə birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib.
Seminarın açılışında Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru, Dr. Səxavət Cəbrayılov keçirilən semminarın vacibliyini bildirərək seminarın gedişatına uğurlar arzu etdi.

Daha sonra Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Ayaz Hüseynov dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim hematoloqu Dr. Ələmdar Cəfərov “ Hemofiliya Xəstəliyinin ağırlaşmaları və idarəolunması ”,  Respublika Klinik Xəstəxanasının hematoloqu Dr. Aytac Novruzova, " Hemofiliyanın müasir müalicəsi ", Yeni Klinika Tibb Müəsisəsinin hematalogiya və sümük iliyi nəqli mərkəzi, sümük iliyi transplantasiya şöbəsinin müdiri Dr. Sevil Cəlilova, " İdiopatik trombositopenik purpuraya müasir yanaşma və beynəlxalq rəhbərliklərdə müalicə " və Sumqayıt Hospital Xəstəxanasının baş tibb bacısı Mirvarid Siracova "Hemofiliyanın müalicəsində tibb bacısının rolu" mövzusunda çıxış etmişlər.

Seminar sual cavabla yekunlaşmışdır və həkimləri maraqlandıran suallar cavablandırılmışdır.  

TƏBİB 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 
Şabran Rayon Mərkəzi Xəstəxanası 
Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan   
Pasiyent Təşkilatları İttifaqı

#Səhiyyə #Sağlamlıq #Pasiyent #TƏBİB #Hemofiliya #HemofiliyaAzerbaijan

Alt şəkillər

1760013315322337-800x500.jpg
176001331532333-800x500.jpg
1760013315325192-800x500.jpg
176001331532622-800x500.jpg
1760013315335996-800x500.jpg
1760013315342248-800x500.jpg
1760013315342509-800x500.jpg
1760013315343968-800x500.jpg
1760013315343591-800x500.jpg
1760013315343860-800x500.jpg
1760013315344859-800x500.jpg
1760013315344896-800x500.jpg
1760013315344746-800x500.jpg
1760013315345299-800x500.jpg
176001331534531-800x500.jpg
1760013315345370-800x500.jpg