Qusarda "Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

Qusarda "Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

28.11.2025-ci il

“Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib

TƏBİB-in və Hemofiliyalı Xəstələrin Assosiasiyasının birgə təşkilatçılığı ilə Qusar Rayon Mərkəzi Xəstəxanasında “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib.

Seminarın açılışında Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov keçirilən seminarın aktuallığını bildirərək qanın laxtalanma pozğunluğunun müasir müalicəsinə dair silsilə seminarların keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Ayaz Hüseynov dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri, həkim-hematoloq Firəngiz Nəzərli “Laborator diaqnostik yanaşmalar, faktorlara dair analizlər”, Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu Asya İsmayıl-zadə "Hemofiliyanın müasir müalicəsi" , Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi Gülay Qurbanzadə "Hemofiliyanın verdiyi fəsadların aradan qaldırılmasında fizioterapiyanın rolu" və Sumqayıt Hospital-ın baş tibb bacısı Mirvarid Siracova "Hemofiliyanın müalicəsində tibb bacısının rolu" mövzusunda çıxış ediblər.

Seminarda qeyd edilən mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Alt şəkillər

176512839425811-800x500.jpg
176512839426395-800x500.jpg
1765128394250491-800x500.jpg
1765128394239873-800x500.jpg
1765128394246149-800x500.jpg
1765128394264857-800x500.jpg
1765128394265281-800x500.jpg
1765128394264504-800x500.jpg
1765128394264827-800x500.jpg
1765128394265548-800x500.jpg
1765128394266527-800x500.jpg
1765128394265384-800x500.jpg
1765128394266897-800x500.jpg
176512839427346-800x500.jpg
1765128394274717-800x500.jpg
1765128394274993-800x500.jpg