27.12.2024-cü il tarixində Quba Rayon Mərkəzi Xəstəxanasının yeni Fizioterapiya və Reabilitasiya şöbələrinin açılışı olub.
TƏBİB, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.
Açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov iştirak edib.
Xəstəxanada həyata keçirilən yeniliklər, Fizioterapiya şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verən Əliyar Sərvərov bildirib ki, bu yeniliklər sayəsində göstərilən tibbi xidmətin keyfiyyəti yüksəldiləcək və vətəndaş məmnunluğu daha da artırılacaq.
Yeni şöbə tibbi reabilitasiya cihazları, amplipuls, ultrasəs və digər müasir fizioterapiya aparatları da daxil olmaqla, bütün zəruri tibbi avadanlıqlarla təmin edilib. 2 həkim 3 tibb bacısından ibarət tibbi heyətin xidmət göstərəcəyi şöbə eyni zamanda 8 pasiyent qəbul etmək potensialındadır.
Yeni Şüa-diaqnostika şöbəsində 4 həkim, 4 radioloji texnik olmaqla, ümumilikdə 15 nəfər tibbi heyət xidmət göstərəcək.
Həmçinin şöbədə 4 həkim otağı, gözləmə zalı və qeydiyyat bölməsi də yerləşir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Pasiyent Təşkilatları İttifaqı
Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan
#Səhiyyə #Sağlamlıq #Pasiyent #HemofiliyaAzərbaycan #Fizioterapiya #Hematologiya #TƏBİB #İTS