Qanaxmalara məruz qalan qadın və qızların müasir müalicəsinə dair elmi seminar təşkil edildi

Qanaxmalara məruz qalan qadın və qızların müasir müalicəsinə dair elmi seminar təşkil edildi

Qanaxmalara məruz qalan qadın və qızlarımıza biganə qalmayaq.

Bu il Azərbaycanda və dünyanın 147 ölkəsində "Qanaxmalara Qadın və Qızlarda məruz qalır" şüarı ilə müxtəlif tədbirlər keçirilir.

TƏBİB-lə bərabər  Hemofiliyalı Xəstələrin  Assosiasiyası "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müasir müalicəsinə dair Marriott Boulevard Otelində  elmi seminar təşkil olunmuşdur.
Seminarda qanaxmalara məruz qalan qadın və qızların müasir və multidisiplinar müalicəsi, dərman təminatının təkmilləşdirilməsi və digər mühüm məsələlər müzakirə olunmuşdur. 
Məqsəd, ölkəmizdə müxtəlif diaqnozlarla olan qanın laxtalanma pozğunluğundan əziyyət çəkən qadın və qızlara diqqətin artırılması, diaqnostika və müalicənin təkmilləşdirilməsinə nail olmaqdır.

Seminarda giriş sözü ilə Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Ayaz Hüseynov, Tibbi Planlama departamentinin Monitorinq şöbəsinin baş məsləhətçisi Nərgiz xanım Allahverdiyeva, Sumqayıt Perinotal Mərkəzin rəhbəri Dr. Təranə xanım Rəcəbli mövzunun əhəmiyyətli olmasını və bu sahəyə diqqətin artırılmasının zəruri olduğunu bildirmişlər.

Daha sonra aşağıdakı  praktik və nəzəriyyə çıxışlar təqdim edilmişdir:

- Hemofiliyalı Xəstələrin Assosiasiyasının icraçı direktoru  Gülnarə Hüseynova, “Qanaxmalanın qadın və qızların həyat keyfiyyətinə təsiri”
- Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri Dr. Firəngiz Nəzərli, “XI Faktor Çatışmazlığı: Nadir Koagulyasiya Pozğunluğuna Müasir Baxış.”
- Respublika Klinik Xəstəxanasının qan bankının müdiri Dr. Vəliyeva Şəbnəm, “V Faktor Çatışmazlığı: Nadir Koagulyasiya Pozğunluğuna Müasir Baxış” 
- Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkim hematoloqu 
Dr. Asya İsmayıl-Zadə, “Qazanılmış hemofiliyaya yanaşma”
- Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin həkim hematoloqu Dr. Aytac Növruzova, “Anadan gəlmə trombositopatiyalar.”
- Respublika Klinik Xəstəxanasının endokrinoloqu Dr. Məmmədova Günay, “Hemofiliyalı xəstələrdə ən çox rast gəlinən endokrin patalogiyalara yanaşma ”

Seminarda müzakirələr zamanı aşağıdakı təkliflər verildi:
1. Qanaxmalara məruz qalan qadın və qızların vahid məlumat bazası yaradılsın;
2. Qadın və qızlar pərakəndə yox bir mərkəzdən tibbi xidmətlə təmin edilsinlər;
3. Qadın və qızların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün müasir tibbi yanaşma -multidisiplinar yanaşma  ilə təmin edilsinlər;
5. Qadın və qızların məruz qaldığı tip qanaxmaları müəyyən etmək və ona uyğun müasir dərman və qan preparatları ilə təmin etmək.

Qeyd olunan təkliflər aidiyyatı dövlət səhiyyə qurumlarına təqdim ediləcək.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Koaqulopatiya #Qanaxmalar #QadınvəQızlardaQanaxma

Alt şəkillər

1759585237141365-800x500.jpg
1759585237153680-800x500.jpg
1759585237157670-800x500.jpg
1759585237145521-800x500.jpg
175958523716510-800x500.jpg
1759585237166772-800x500.jpg
1759585237167828-800x500.jpg
1759585237178652-800x500.jpg
1759585237179611-800x500.jpg
1759585237179679-800x500.jpg
175958523717944-800x500.jpg
1759585237180596-800x500.jpg
1759585237180805-800x500.jpg
1759585237180118-800x500.jpg
1759585237180858-800x500.jpg
1759585237181527-800x500.jpg
1759585237181974-800x500.jpg
1759585237195342-800x500.jpg
1759585237196276-800x500.jpg
1759585237196452-800x500.jpg
175958523719673-800x500.jpg
1759585237197558-800x500.jpg
1759585237197233-800x500.jpg
1759585237197282-800x500.jpg
1759585237197261-800x500.jpg
1759585237208660-800x500.jpg
175958523720713-800x500.jpg
1759585237208713-800x500.jpg
1759585237209304-800x500.jpg
175958523720939-800x500.jpg
1759585237209274-800x500.jpg