Qanaxmaların qarşısının alınması və müalicənin idarə olunmasında tibb bacısının rolu mövzusunda  konfrans keçiriləcək

Qanaxmaların qarşısının alınması və müalicənin idarə olunmasında tibb bacısının rolu mövzusunda konfrans keçiriləcək

Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası dövlət qurumları və tibb işçiləri ilə birlikdə 17 Aprel – Ümumdünya Hemofiliya Gününü xüsusi qeyd edir. Bu günə həsr olunmuş müxtəlif formatlı tədbirlər sırasına elmi konfranslar, seminarlar, konsertlər, idman yarışları, abidələrin hemofiliyanın rəmzi rəngi olan qırmızı ilə işıqlandırılması, habelə digər tibbi və sosial layihələr daxildir.

​Belə ki, 11 aprel 2026-cı il tarixində TƏBİB, Pirallahı Tibb Mərkəzi və Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümumdünya Hemofiliya Gününə həsr edilmiş "Qanaxmaların qarşısının alınması və müalicənin idarə olunmasında tibb bacısının rolu" mövzusunda elmi konfrans keçiriləcək.

​​Məqsəd qanın laxtalanma pozuntularından əziyyət çəkən şəxslərin müalicə keyfiyyətini artırmaq və tibb işçiləri arasında təcrübə mübadiləsini genişləndirməkdir.

Alt şəkillər

1775720170319189-900x600.jpg