Pasiyent Təşkilatlarının III Respublika Forumu uğurla həyata keçirildi

Pasiyent Təşkilatlarının III Respublika Forumu uğurla həyata keçirildi

21 dekabr 2023 il tarixində Azərbaycanda fəaliyyət göstərən peşəkar Pasiyent Təşkilatlarının III Respublika Forumu öz işini uğurla başa çatdırmışdır.

Forumun əsas müzakirə mövzuları şəkərli diabet, hemofiliya, talassemiya, leykemiya, donor qanının tədarükü, kistik fibroz, parkinson, spinal əzələ atrofiyası və vərəm xəstəlikləri, eşitmə məhdudiyyətli pasiyentlərə koxlear implantasiya haqqında olmuşdur.

Forumda 150 nəfərdən çox iştirakçı arasında təcrübə mübadiləsi aparılmışdır.

Forumun açılışında Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov “ PASİYENT TƏŞKİLATLARI İTTİFAQININ MƏQSƏDİ VƏ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ” haqqında çıxış etmişdir.

Dövlət nümayəndələri: Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov; İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentin monitorinq şöbəsinin məsləhətçisi Kəmalə Əliyeva; TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov; TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli; İctimai Səhiyyə üzrə Mütəxəssis, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyi Tural Qulu yaxın gələcəkdə görüləcək işlər və perspektivlər haqqında çıxış etmişlər.

Forumun formatı üzrə ayrı ayrı mövzular haqqında həkim və pasiyent tərəfindən parallel olaraq aşağıdakı çıxışlar edilmişdir:

1. “ŞƏKƏRLİ DİABET XƏSTƏLİYİ İLƏ BAĞLI AZƏRBAYCANDA MÖVCUD VƏZİYYƏT”

Yeganə Sultanova, Azərbaycan Diabet Liqasının sədri

2. "LEYKEMİYALI UŞAQLARA XƏSTƏLİKLƏ BÜBARİZƏDƏ DƏSTƏYİN GÖSTƏRİLMƏSİ”

Mehriban Bağırova, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri

"LEYKEMİYANIN MÜALİCƏSİNDƏ BEYNƏLXALQ STANDARTLAR"

Yeni Klinika Tibb Mərkəzinin hematoloqu Dr. Sevil Cəlilova

3. "KIFYIB 6 İL- DÖVLƏT SƏHİYYƏ QURUMLARI İLƏ ƏMƏKDAŞLIĞIN NƏTİCƏSİ, Kistoz Fibroz- Standart müalicədən moyulyator müalicəsinə doğru

Səadət Bayramova “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri

"KİSTİK FİBROZ XƏSTƏLİYİNDƏ VACİB MƏQAMLAR”

Yeni klinika Tibb Mərkəzinin pediatriya şöbəsinin müdiri Dr. Əkbər Quliyev

4. “2023-CÜ İL ƏRZİNDƏ DÖVLƏT SƏHİYYƏ QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ VƏ GƏLƏCƏK PERSPEKTİVLƏR”

Ayaz Hüseynov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri

“HEMOFİLİYA XƏSTƏLİYİNİN MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA”

Dr. Mina Adıgözəlova, Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri

5. “AZƏRBAYCANDA SMA-IN MÖVCUD VƏZİYYƏTİ”

Səməd Həsənli, “Spinal Muskulyar Atrofiya Xəstələrinə Yardım” İctimai Birliyinin sədri

“SPİNAL ƏZƏLƏ ATROFİYASI ARTIQ MƏHKUMİYYƏT DEYİL”

Prof. Dr. Aytən Məmmədbəyli, Azərbaycan Uşaq Nevroloqlar Assosasiyasının sədri

6. “VƏRƏM XİRMƏTLƏRİNƏ ƏLÇATANLIĞININ TƏŞKİLİNDƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ROLU”

Çingiz Ramazanlı, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri

" VƏRƏM XƏSTƏLİYİNİN MÜALİCƏSİNDƏ BEYNƏLXALQ STANDARTLAR-MÜALİCƏNİN BU GÜNKÜ GÜNÜ"

Dr. İlhamə Cabbarova, 4 saylı Vərəməleyhinə Dispanserin baş həkimi

7. “PARKİNSON XƏSTƏLİYİ VƏ BU XƏSTƏLİKDƏN ƏZİYYƏT ÇƏKƏN İNSANLARIN ÜZLƏŞDİYİ PROBLEMLƏR”

Elçin Muxtarlı, Azərbaycan Parkinson Assosiasiyasının sədri

“PARKİNSON XƏSTƏLİYİ, ONUN SİMPTOMLARI, MÜAYİNƏ VƏ MÜALİCƏ ÜSÜLLARI”

Dr. Sevinc Məmmədova, Medera Hospital həkim nevroloq-neyrofizioloq

8. “MÜASİR SƏHİYYƏDƏ QAN DONORLUĞU MƏDƏNİYYƏTİNİN İNKİŞAFI VƏ QAN DONORLUĞU ÜZRƏ QARŞIDA DURAN PROBLEMLƏRİN HƏLLİ”

Fuad Rəsul, Qan Donorluğunun İnkişafı Mərkəzinin sədri

“QAN DONORLUĞUNUN ƏHƏMİYYƏTİ”

Dr. Xəyalə Qafarova, Mərkəzi Qan Bankının müdir müavini

9. “AZƏRBAYCAN TALASSEMİYA FEDERASİYASININ FƏALİYYƏTİ VƏ GƏLƏCƏK PLANLARI”

Gülgün Gündüz, Azərbaycan Talassemiya Federasiyasının sədr müavini

“TALASSEMİYA MƏRKƏZİNİN FƏALİYYƏTİ”

Dr. Nərmin Verdiyeva, Talassemiya Mərkəzinin həkim-hematoloqu

10. “EŞİTMƏ MƏHDUDİYYƏTLİ İNSANLARIN SOSİAL İNTEQRASİYASI VƏMÜALİCƏLƏRİNDƏ YAŞANAN ÇƏTİNLİKLƏR”

Cəmilə Abdulova, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri

“EŞİTMƏ MƏHDUDİYYƏTLİ PASİYENTLƏRƏ XOLEAR İMPLANTASİYA”

Dr. Tural Hüseynov, Mərkəzi Klinik Xəstəxanasının qulaq burun boğaz cərrahı

Forumda dövlət müəssisələrində çalışan həkim mütəxəssislər və təşkilat rəhbərləri problemlər və gələcəyə olan perspektivlər haqqında ümumilikdə 10 mövzu üzərində 20 çıxış olmuşdur.

Çıxışlar və müzakirələr zamanı, bir çox sahələrdə Mərkəzlərin təkmilləşməsi üçün maddi texniki bazaya ehtiyac, dərman preparatlarına tələbat daha çox olduğu üçün pasiyentlərin müalicəyə əlçatanlığına məhdudiyyət olduğu, pasiyentlərin elektron sağlamlıq kartının yaradılmasının zəruriliyi bildirilmişdir.

Qeyd edək ki, III Respublika Forumunu müxtəlif xəstəliklərlə məşğul olan ixtisaslaşmış təşkilatları özündə birləşdirən Pasiyent Təşkilatları İttifaqı təşkil etmişdir. İttifaq il ərzində dövlət səhiyyə qurumları ilə birgə müxtəlif maarifləndirici və elmi konfranslar təşkil edir.

Pasiyent Təşkilatları İttifaqının məqsədi, dövlət səhiyyə qurumlarına dəstək olmaq, müxtəlif xəstəliklərin müalicəsində müasir yanaşmaları təbliğ etmək və ən əsası milli genofondumuzun sağlam olmağına nail olmaqdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

TƏBİB

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Pasiyent Təşkilatları İttifaqı

#Səhiyyə #Sağlamlıq #Pasiyent #PTİ #Vərəm #Hemofiliya #Talassemiya #SMA #EşitməMəhdudiyyəti #hematologiya #KistikFibroz #Fizioterapiya

Alt şəkillər

1703456447861761-800x500.jpg
1703456447872932-800x500.jpg
1703456447868204-800x500.jpg
1703456447880615-800x500.jpg
1703456447884364-800x500.jpg
1703456447884853-800x500.jpg
170345644788588-800x500.jpg
170345644788517-800x500.jpg
1703456447885240-800x500.jpg
1703456447886218-800x500.jpg
1703456447887937-800x500.jpg
1703456447887868-800x500.jpg
1703456447887999-800x500.jpg
1703456447888305-800x500.jpg
1703456447886232-800x500.jpg
1703456447886972-800x500.jpg
1703456447908226-800x500.jpg
1703456447904362-800x500.jpg
1703456447909939-800x500.jpg
1703456447909434-800x500.jpg
1703456447909550-800x500.jpg
1703456447910243-800x500.jpg
1703456447909229-800x500.jpg
1703456447910403-800x500.jpg
1703456447910801-800x500.jpg
1703456447911846-800x500.jpg
1703456447910951-800x500.jpg