TƏBİB-in və Pasiyent Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 28 yanvar 2026-cı il tarıxındə Yeni Klinika Tibb Mərkəzində 300 tibb işçilərinin iştirakı ilə “Pasiyentlərin Təşhlükəsiz və Müasir Müalicəsinə dair” elmi konfrans təşkil ediləcək. Elmi Konfransa Azərbaycan Daxili Xəstəliklər Dərnəyi İctimai Birliyi, Azərbaycan Revmatoloqlar Assosiasiyası İctimai Birliyi, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası, Azərbaycan Hematoloji Mütəxəssilər İctimai birliyi və Azərbaycan Tibb Bacıları Assosiasiyası qatılaraq peşəkar mütəxəssislər təfəfindən 6 panel daxilində elmi çıxışlar ediləcək.
Məqsəd, müxtəlif profilli tibb işçiləri arasında təcrübə mübadiləsinin artırılması və bununla da pasiyentlərin müasir, təhlükəsiz və multidisiplinar müalicələrini təmin etməkdir.

