Pasiyent advokasiyasına dair konfrans keçirildi

Pasiyent advokasiyasına dair konfrans keçirildi

3 iyun 2023-cü il tarixində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının dəvətilə Dünya Hemofiliya Federasiyasının iştirakı və Novo Nordisk Hemofiliya Fondunun dəstəyilə “Qanın Laxtalanma Pozğunluğundan Əziyyət Çəkən Pasiyentlərin Advokasiyasına” dair konfrans keçirildi.

Konfransın açılışında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Hemofiliya və Talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunu və 2016-2020-ci illərdə Dövlət Proqramının icrasının qiymətləndirilməsi barədə çıxış etdi.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koordinatoru Dr. Mehparə Kazımova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hemofiliyanın müalicəsində rolu və xəstəliyin statistikasi haqqında bəhs etdi.

Konfransın rəsmi hissəsində Azərbaycan Respublikasi Səhiyyə nazirinin müavini cənab Nadir Zeynalov qanının laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlərin müalicəsi, maarifləndirmə və bu sahədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə birgə fəaliyyəti istiqamətində mövcud perspektivləri haqqında bəhs etdi.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli pasiyentlərin registrenin yenilənməsinin vacibliyini və bütün pasiyentlərin rediaqnostikası olacağını bildirdi.

TƏBİB-in xüsusi profilli tibbi yardım şöbəsinin müdiri Vüsal Yusifov, TƏBİB-in Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə birgə qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlər üçün 2 stomatoloji kabinetin və rayon xəstəxanalarında artıq 3 fizioterapevtik kabinetlərin təchizatlanması haqqında və ilin sonunadək fizioterapevtik kabinetlərin sayı 5-ə çatdırılacağını bildirdi.

Respublika Kiliniki Xəstəxanasının direktoru Elviz Qasımov hemofiliyalı pasiyentlərin xəstəxananın hematalogiya şöbəsində müalicələri və gələcək perspektivlər barədə bəhs etdi.

Daha sonra Dünya Hemofiliya Federasiyasının prezidenti beynəlxalq standartlara uyğun hemofiliya mərkəzinin strukturu və multidisiplinar yanaşma haqqında çıxış etdi. Dünya Hemofiliya Federasiyasının proqramlar üzrə direktoru Salome Mekhuzla müasir elektron məlumat bazasının yaradılması və Von Villebrand xəstəliyinin müalicə protokolu haqqında bəhs etdi.

Konfransın ikinci hissəsində vacib mözvzulardan olan həyati vacib dərman preparatlarının təchizatının artırılması, qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlərin stomatoloji xidmətinin tibbi sığortanın xidmətlər zərfinə əlavə edilməsi, İnhibitorlu və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlərin VII faktor dərman preparatı ilə təminatı, tibbi genetik laboratoriyanın əlçatanlığının təmin edilməsi və hemofiliya mərkəzinin nəzdində standartlara uyğun multidisiplinar xidmətin qurulması və hemofiliya mərkəzində uşaq şöbəsinin yaradılması kimi təkliflər müzakirə edildi və görüləcək işlərin planlaması aparıldı.

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Dünya Hemofiliya Federasiyasına Twin Proqram hazırlanmasınının vacibliyini vurğuladı və Dünya Hemofiliya Federasiyası Twin Proqram çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi olaraq (Azərbaycan DHF və digər inkişaf etmiş avropa ölkəsi ilə əkizlər Proqramı) həkimlər, tibb bacıları və laborantların təkmilləşdirilməsi sahəsində işlərin aparılması planlaşdırıldı.

 

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hematologiya #İTS #TƏBİB #Hemofiliya #PTİ #HemofiliyaAzərbaycan #Advokasiya #PasiyentAdvokasiyası

Alt şəkillər

1686088735242647-800x500.jpg
1686088735248894-800x500.jpg
1686088735255994-800x500.jpg
1686088735263652-800x500.jpg
1686088735267543-800x500.jpg
1686088735268584-800x500.jpg
168608873526878-800x500.jpg
1686088735267869-800x500.jpg
1686088735269640-800x500.jpg
1686088735269171-800x500.jpg
1686088735269455-800x500.jpg
1686088735270668-800x500.jpg
1686088735270459-800x500.jpg
168608873527034-800x500.jpg
1686088735271546-800x500.jpg