Pasient Təşkilatları İttifaqının təşkilatçılığı ilə Pasient Təşkilatlarının II Respublika Forumu keçirilmişdir

Pasient Təşkilatları İttifaqının təşkilatçılığı ilə Pasient Təşkilatlarının II Respublika Forumu keçirilmişdir

27 may 2022-ci il tarixində Pasient Təşkilatları İttifaqının təşkilatçılığı ilə Pasient Təşkilatlarının II Respublika Forumu keçirilmişdir.

Forumda Dövət qurumlarının rəsmiləri, pasient təşkilatları, media, ictimai liderlər və həkimlər iştirak etmişlər. Forumda ilk olaraq Pasient Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov Pasient hüquqlarının təkmilləşdirilməsinə dair hazırlanan Bəyannamə haqda məlumat verdi və onun vacibliyini xüsusi ilə vurğuladı. Daha sonra Forum Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Nehmət Rəhmanov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev çıxışları ilə davam etdi. Xüsusən BDU-nun professoru, hüquq üzrə elmlər doktoru “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev çıxışı zamanı pasient hüquqlarının təkmilləşdirilməsinin vacibliyini vurğuladı və ətraflı şəkildə bu mövzu haqda məlumat verdi.
Daha sonra Pasient Təşkilatları müxtəlif ağır gedişatlı infeksion və qeyri-infeksion irsi xəstəliklərdən ətraflı məlumat verərək aidiyyəti dövlət qurumlarının və medianın nəzərinə çatdırmışlar.
Çıxış edən təşkilatlar Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov ,“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədr müavini Səriyyə Ağayeva, “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova, “Yaşama Dəstək” İctimai Birliyinin sədri Elgül Hüseynquliyeva, “Talassemiya və digər Hemoqlobinopatiyalar” İctimai Birliyinin sədri İlahə Həsənli, “Spinal Muskulyar Atrofiyaya Qarşı Mübarizə” İctimai Birliyinin sədri Səməd Həsənli, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı, Pasient Təşkilatları II Respublika Forumunun məqsədi pasient təşkilatları ilə dövlət qurumlarının əməkdaşlığının möhkəmlənməsi, mövcud çətinliklər haqqında məlumatın verilməsi və gələcəyə olan fəaliyyət istiqamətləri haqqında bəhs etmək etdmişlər.
Forumun sonunda rəsmilərin iştirakı ilə debatlar keçirilərək bir çox
vacib suallara aydınlıq gətirilmişdir.

Qeyd edək ki, Ombudsman tərəfindən elan olunmuş 18 may – 18 iyun “İnsan
Hüquqları Aylığı” çağırışına Pasient Təşkilatları İttifaqının dəstək verir!

#Səhiyyə #Sağlamlıq #Pasient #Azərbaycan #TƏBİB #PTİ #İTS #SəhiyyəNazirliyi #PasientForumu #Azerbaijan #PasientTəşkilatlarıİttifaqı #RespublikaForumu 

Alt şəkillər

1662207457379429-800x500.jpg
166220745738236-800x500.jpg
1662207457392216-800x500.jpg
1662207457387943-800x500.jpg
1662207457400282-800x500.jpg
166220745740066-800x500.jpg
1662207457400496-800x500.jpg
1662207457400255-800x500.jpg
1662207457400426-800x500.jpg
1662207457401334-800x500.jpg
1662207457401744-800x500.jpg
1662207457400849-800x500.jpg
1662207457401393-800x500.jpg
1662207457401985-800x500.jpg
1662207457401333-800x500.jpg
1662207457401811-800x500.jpg
1662207457401171-800x500.jpg
1662207457401570-800x500.jpg
1662207457401677-800x500.jpg
1662207457402888-800x500.jpg
1662207457402729-800x500.jpg