“Ombudsmanlar və milli insan hüquqları institutları vasitəsilə konstitusion hüquqların təmin edilməsi” mövzusunda beynəlxalq Simpozium keçirilmişdir

“Ombudsmanlar və milli insan hüquqları institutları vasitəsilə konstitusion hüquqların təmin edilməsi” mövzusunda beynəlxalq Simpozium keçirilmişdir

18 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakı şəhərində “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu yüksək səviyyədə təşkil edilərək keçirilmişdir.

Tədbirdə 15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak etmişlər.

Simpoziumda ombudsmanların və milli insan hüquqları institutlarının konstitusion hüquqların təmin edilməsi sahəsində fəaliyyəti, hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər və qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr mövzularında panel sessiyalar təşkil olunmuşdur.

Qeyd edək ki, simpoziumda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov iştirak etmişdir.

#InternationalSymposiumofOmbudsmen #Ombudsman

Alt şəkillər

1750791568080817-800x500.jpg
1750791568064124-800x500.jpg
175079156806924-800x500.jpg
1750791568073163-800x500.jpg