Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı Sağlamlıq Yay Düşərgəsi keçirildi

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı Sağlamlıq Yay Düşərgəsi keçirildi

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə 27-29 avqust 2022-ci il tarixində "ANA & BALA-5" Sağlamlıq Yay Düşərgəsi keçirildi.


Ilk olaraq Assosiasiyanın sədri Ayaz Hüseynov açılış çıxışında düşərgə daxiliri qanın laxtalanma pozğunluğu ilə bağlı bilgilərin artırılması və Hemofiliya Məktəbi çərçivəsində təlimlərin vacibliyini xüsusən vurğulamışdır.

Təmilər məhs damardaxili inyeksiyadan başlanıldı. Qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqların sağlamlığının qorunması üçün valideynlərin damar daxili inyeksiya etmək bacarıqları çox vacibdir. Bununla istənilən zaman valideyn təxirə salınmaz təcili yardım üçün öz övladına inyeksiya edə biləcək və ağırlaşmaların qarşısını almış olacaq.
Damar daxili inyeksiyanın təlimçisi Respublika Kliniki Xəstəxanasının hematologiya şöbəsində 45 il təcrübəsi olan tibb bacısı Sonaver xanım Məhərrəmova olmuşdur.

Bundan başqa düşərgə daxili psixoloq Təhminə Rüstəmova tərəfindən valideynərlə təlimləri keçirilmişdir. Təlimin məqsədi valideynləri maarifləndirmək, ovladları ilə bağlı probləmləri müzakirə etmək, habelə ovladları ilə ünsiyyətdə yaranan çətinliklərin həlli yollarını analiz etmək və valideynlərə dəstək olaraq motivasiyalarını artırmaq olmuşdur. Bununla paralel Uşaqlar üçün psixoloji müayinə keçirildi, uşaqların psixoloji durumları dəyənləndirildi, valideynlərə uşaqlar ilə bağli məsləhətlər verildi.

"Ana & Bala-5" yay sağlamlıq Hemofiliya Məktəbində fizioterapiyaya xüsusi yer verilmişdir. Belə ki, təlimdə hemofiliyanın verdiyi fəsadlar arasında oynaq daxili hematomalar, hemartrozlar və kontrakturaların aradan qaldırılmasında fizioterapiyanın faydaları və sosial aspektləri haqqında Respublika Kliniki Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Dr. Yeganə Əzizova məruzə etmişdir. Bununla bərabər Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İcraçı Direktoru Gülnarə Hüseynova Fizioterapiyanın təkmilləşdirilməsi və əlçatanlığı sahəsində Assosiasiyanın fəaliyyəti və gələcəyə olan planlar barədə çıxış edərək vurğulamışdır. Təlimlərin sonunda müayinələr keçirilmişdir.

Saglamlıq Yay Düşərgəsi daxili Hemofiliya Məktəbində stomatoloq Dr. Aybəniz Şahmuradova tərəfindən stomatoloji təlim və müayinələr keçirildi. Qanın laxtalanma pozğunluğu ilə olan pasientlərin ağız boşluğunun sağlam olması bir çox səhətdə olan ağırlaşmaların qarşısını alımış olur və dövlət tərəfindən təmənnasız təmin edilən laxtalandırıcı dərman preparatlarına qənaətə gətirib çıxarır.

İlk dəfə olaraq Hemofiliya Məktəbində pediatr Dr. Təranə Cəlilova tərəfindən "Hemofiliya və somatik xəstəliklər mövzusunda" təlim keçirildi. Qanın laxtalanma pozğunluğu ilə olan pasientlərin somatik xəstəliklərin müalicəsində nələrə diqqət edilməsi və dərman seçimi barədə ətraflı məlumat verilmişdir. Təlimlər valideynlər tərəfindən sual cavab ilə davam etmişdir.

Hemofiliya Məktəbində Türkiyədə ixtisaslaşdırılmış kurslarda oldu üçün onlayn formatda hematoloq Dr. Sevil Cəlilova tərəfindən "Trombositopatiyalar və digər laxtalanma pozğunluqları” mövzusunda təlim keçirildi. Müxtəlif diaqnozlarla olan qanın laxtalanma pozğunluğunun simptomatikası və müalicəsi haqda iştirakçılara ətraflı məlumat verildi.

ANA & BALA-5 Sağlamlıq Yay Düşərgəsinin növbəti qonaqları TƏBİB-in Tibbi Xidmətlərin Təşkili departamentinin əməkdaşları Dr. Romella Osmanova və Dr. Səkinə Əzizli olmuşlar. Dr. Romella Osmanlı valideynləri və uşaqları salamlayaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyətinin və rolunun vacibliyini qeyd etdi və keçirilən ANA & BALA proqramının dünyanın heç bir yerində rast gəlmədiyini bildirdi. Daha sonra sağlamlıq Yay düşərgəsi daxili Hemofiliya Məktəbində keçirilən seminar iştirakçılarına sertifikatlar təqdim edildi.

Məqsədimiz, biliklərimizi paylaşaraq uşaqların sağlamlığını qorumaqdır! 🇦🇿❤️
 

Alt şəkillər

1661937653172339-800x500.jpg
1661937653175299-800x500.jpg
1661937653177198-800x500.jpg
1661937653176596-800x500.jpg
1661937653181576-800x500.jpg
16619376531782-800x500.jpg
1661937653178249-800x500.jpg
1661937653179719-800x500.jpg
1661937653181276-800x500.jpg
1661937653201337-800x500.jpg
1661937653202860-800x500.jpg
1661937653202981-800x500.jpg
1661937653202159-800x500.jpg
1661937653202344-800x500.jpg
1661937653203141-800x500.jpg
1661937653203501-800x500.jpg
1661937653203827-800x500.jpg
1661937653204329-800x500.jpg
1661937653204435-800x500.jpg
1661937653204598-800x500.jpg
166193765320439-800x500.jpg
1661937653221380-800x500.jpg
1661937653221411-800x500.jpg
1661937653221760-800x500.jpg
1661937653221888-800x500.jpg
166193765322296-800x500.jpg
1661937653222145-800x500.jpg
1661937653222523-800x500.jpg
1661937653222989-800x500.jpg
166193765322226-800x500.jpg
1661937653222361-800x500.jpg
1661937653222196-800x500.jpg
1661937653223164-800x500.jpg
1661937653223678-800x500.jpg
1661937653223648-800x500.jpg
1661937653223830-800x500.jpg
1661937653224199-800x500.jpg
166193765322431-800x500.jpg
1661937653224537-800x500.jpg