Göyçay Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub

Göyçay Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub

09.06.2023-cü il tarixində Göyçay Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.

Kabinetlər bütün zəruri avadanlıqlarla təmin edilib. Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşların xəstəliyin verdiyi fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.

Kabinetlərin açılışından sonra Göyçay həkimləri üçün elmi seminar keçirilib.

Seminarın açılışında Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədov və TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov iştirak edərək vətəndaş məmnunluğunun, tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində görüləcək işlərə davam ediləcəyini bildiriblər.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov çıxışında Assosiasiyanın fəaliyyəti və dövlət səhiyyə qurumları ilə sıx əməkdaşlığın faydalı nəticələri barədə məlumat verib.

Seminarın elmi hissəsində Respublika Klinik Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Yeganə Əzizova, Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim-hematoloqu Mina Adıgözəlova, praktik təqdimatlarla çıxış ediblər.

 

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hematologiya #Fizioterapiya #Hemofiliya #Koaqulopatiya #Reabilitasiya

Alt şəkillər

1686527218741852-800x500.jpg
1686527218747867-800x500.jpg
1686527218759800-800x500.jpg
1686527218755753-800x500.jpg
1686527218763968-800x500.jpg
1686527218772353-800x500.jpg
1686527218772833-800x500.jpg
1686527218772193-800x500.jpg
1686527218773973-800x500.jpg
1686527218773516-800x500.jpg
1686527218773708-800x500.jpg
1686527218773930-800x500.jpg
1686527218774227-800x500.jpg