Göyçay Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

Göyçay Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib

31.10.2024-cü il tarixində TƏBİB-in, Göyçay Rayon Mərkəzi Xəstəxanasının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib.

Seminarda Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Talıb Məmmədov hemofiliyalı vətəndaşların paytaxta getmədən yaşadıqları regionda müalicələrinin təşkili və müalicənin multidisiplinar olmasının vacibliyini bildirdi və davamlı tibb işçiləri üçün təlimlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladı.

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri Dr. Məhluqə Talıbova “Hemofiliyalı xəstələrə yanaşma” və fizioterapevt Yegənə əzizova "Hemofiliyalı Pasiyentlərin müalicəsində fizioterapiyanın faydası" mövzularında çıxış etdilər.

Daha sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və stomatalogiya şöbələri ilə tanışlıq olub. Laxtalanma pozğunluğu ilə olan pasiyentlərin fizioterapevtik və stomatoloji müayinələrdən keçmişlər.

Müayinələr stomatoloq Dr. Şıxıyev Toğrul və Dr. Ləman Ağayeva tərəfindən, fizioterapevtik müayinələr Dr.Yeganə Əzizova və Dr. Briliant Əliyeva tərəfindən aparılmışdır.

Qeyd edək ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsi 2023-cü ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən tibbi avadalıq və tibbi mebellə təchizatlandırılmışdır.

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #TƏBİB #İTS #Stomatologiya #Fizioterafiya

Alt şəkillər

1731392839156439-800x500.jpg
1731392839170821-800x500.jpg
1731392839161994-800x500.jpg
1731392839166600-800x500.jpg
1731392839176314-800x500.jpg
1731392839175293-800x500.jpg
1731392839175261-800x500.jpg
1731392839176938-800x500.jpg
1731392839176307-800x500.jpg
1731392839176973-800x500.jpg
1731392839176629-800x500.jpg
1731392839176590-800x500.jpg
1731392839176918-800x500.jpg
1731392839177903-800x500.jpg